"Qəzzada qarşıdurmalar aylarla davam edə bilər" - ABŞ

Ağ Ev Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar Koordinatoru Con Kirbi onlayn mətbuat konfransında Qəzza və İsraildəki son vəziyyətlə bağlı verilən sualları cavablandırıb.

 

Sfera.az xəbər verir ki, Kibri qarşıdurmanın aylarla davam edə biləcəyini, İsrailə verdikləri dəstəyin davam edəcəyini, lakin İsrail qüvvələrinin mülki insanları hədəf almamaq üçün daha diqqətli olmasının lazım olduğunu bildirib.

 

Kirbi Sallivanın bu məsələni israilli həmsöhbətlərinə açıq şəkildə ifadə etdiyini bildirərək Qəzzada mümkün idarəetmə alternativləri məsələsinin də Sallivanın gündəmində olduğunu bildirib. Hələlik bu istiqamətdə aparılan danışıqlardan konkret nəticənin olmadığını bildirən Kirbi Fələstin rəhbərliyi də daxil olmaqla, müvafiq şəxslərlə görüşməyə davam edəcəklərini bildirib.

 

İsrail qüvvələrinin 3 israilli girovu öldürməsi ilə bağlı sualı cavablandıran Kirbi bunun faciəvi səhv olduğunu, lakin əməliyyatla bağlı onların ətraflı məlumatının olmadığını bildirib.

 

Əl-Cəzirə fotomüxbirinin İsrail qüvvələri tərəfindən öldürüldüyünü xatırladan Kirbi jurnalistlərin heç bir şəkildə hədəfə alınmamalı olduğunu bildirib. 7 oktyabrdan bəri ən az 90 jurnalistin öldüyü məsələ ilə bağlı Kirbi "Onların (İsrailin) qəsdən jurnalistləri hədəf aldıqlarına dair heç bir sübutumuz yoxdur" - sözlərini yekunlaşdırıb.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Benzin və dizel BAHALAŞACAQ

Türkiyədə valyuta məzənnələrindəki dəyişkənlik, neftin qiymətinin artması səbəbindən benzin və dizel yanacağında qiymət artımı gözlənilir.   Sfera.az...

Flora Kərimovanın səhhəti necədir? - AÇIQLAMA
"Flora xanımın 84 yaşı var, daha efirlərə çıxmır. O, zamanında səhnədə sözünü deyib. Televerilişlərə gedəndə yorulur. Heç müsahibələr də vermir. İndi bağda...

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi vəfat etdi

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Samir Əliyev dünyasını dəyişib.   Sfera.az-ın məlumatına görə, bu gün infarkt keçirən S.Əliyev xəstəxanaya ç...

“Uzaq Şəhər” serialı möhtəşəm finala hazırlaşır – Tarix açıqlandı

Türkiyənin 2025-ci ildə ən çox izlənilən seriallarından olan “Uzaq Şəhər” ilk mövsümünün finalına yaxınlaşır. Reytinq rekordları qıranekran  iş...

Bu məkanda qiymət 5 dəfə artdı...

Deyirik ki, turizm Azərbaycanda prioritet sahədir. Amma baxırsan, bu sahədəki qərarlar ya gecikir, ya da ümumiyyətlə, hədəfsiz görünür. Məsələn, Qobustan qoruğu...

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...