Madonna səhnədə gənc sevgilisini öpdü

Madonna səhnədə gənc sevgilisini öpdü

65 yaşlı Madonna 30 yaşlı sevgilisi Coş Popperi konserti zamanı səhnəyə çıxarıb. Pop divanın yeni sevgilisi uşaqlarından birinin boks məşqçisidir.
 

Sfera.az bildirir ki, Madonna anşlaqla başa çatan konserti zamanı səhnədə sevgilisi Coş Popperin yanağından öpüb. Qeyd edək ki, konsertin iki saat gecikməsi pərəstişkarlarının hiddətinə səbəb olub.
 

Coş Popper yırtıq qara şalvar və idman ayaqqabısına uyğun 350 dollarlıq Diplomats Decide köynəyi geyinib. Madonna isə kombin üçün qara və gümüşü büstiyer, opera əlcəkləri və dabanlı ayaqqabı seçib.
 

Madonna adətən belə konsertlərdə məşhur dostlarını səhnəyə dəvət edir. Bu dəfə Culiya Foks, Debi Mazar, Donatella Versaçe, Arca və Diplo onun yanında olublar.


Nyu-York konserti Madonnanın ABŞ-da ilin ilk çıxışı olub. Qeyd etdiyimiz kimi konsert iki saat gecikib. Səs yoxlaması ilə bağlı problemlər səbəbindən konsert təyin olunan 21:00-da yox, 22:45-də başlayıb.
 

Konsert zalının qapıları saat 19:30-da açılıb. Madonnanın DJ-i Honey Dijonun çıxışı saat 20:30-da başladığı üçün, konsert izləyiciləri səhvən müğənninin konsertə iki-üç saat gecikdiyini düşünüblər.


Xatırladaq ki, Madonnanın 2019-2020-ci illərdə baş tutmalı olan 75 günlük “The Madame X” turu, Madonna diz və omba nahiyəsindən aldığı zədədən sonra ləğv edilmişdi.


Madonna bu yaxınlarda öz bioqrafik filmi - "Balaca sərçə"ni çəkməyi planlaşdırır. Filmdə baş rolu üçqat Emmy mükafatı laureatı Culiya Qarner canlandıracaq.


Aynil
Sfera.az


OXŞAR XƏBƏRLƏR

Məşhur “Kinder” şokoladları haqqında həqiqət yalnız 35 ildən sonra məlum oldu

1990-cı ildə italyan qənnadı Mikael Ferrero tərəfindən yaradılmış “Kinder Bueno” 60-dan çox ölkədə partlayış “hit”ə çevrilmişdir. Ancaq ...

Qayınatasını öldürmək istədi, özü öldü

Abşeron rayonunda kürəkənini qəsdən öldürməkdə təqsirləndirilən Tayır Tayırovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.   Sfera.az ...

Ərdoğan Zelenski ilə danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı baş tutub.   Sfera.az xəbər verir ki, bu bar...

Sabah Bakının bu ərazilərində qaz olmayacaq

Sabunçu rayonu, Maştağa və Qaradağ rayonu, Qızıldaş qəsəbələrində yerləşən mövcud qaz xətləri üzərində təmir-quraşdırma işlərinin aparılması planlaşdırılır.&nbs...

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarıldı

Bakıda "Son zəng"ə görə pul tələb edən məktəb direktoru işdən çıxarılıb.   Sfera.az bildirir ki, bu barədə Məktəbəqədər və Ümumi təhsil üzr...

Velosiped və skuter sürənlərə ÇAĞIRIŞ - VİDEO

Paytaxtda bəzi velosiped və skuter idarə edən şəxlər yollarda hərəkət zamanı qəfil manevrlər edirlər, yolun hərəkət hissəsindən necə gəldi keçirlər. Digər nəqli...