Məşhur müğənni səhnədə dünyasını dəyişib - VİDEO

Məşhur müğənni səhnədə dünyasını dəyişib - VİDEO

Cəmi 30 yaşı olan məşhur braziliyalı müğənni Pedro Henrike səhnədə çıxış edərkən qəfil dünyasını dəyişib.
 

Sfera.az bildirir ki, hadisə dekabrın 13-də baş verib. Gənc ifaçı Feira de Santana şəhərində (Braziliya) səhnədə çıxış edərkən qəfil yerə yıxılıb.


İnternetdə sürətlə yayılan videoda Pedronun mahnını emosional şəkildə ifa etməsi və sonra qəfil kürəyi üstə yıxıldığı görünür. Komanda üzvləri dərhal onun yanına qaçmağa başlayıb. Zalda olanlar baş verənlərdən şoka düşüblər.
 

Təşkilatçılar dərhal təcili yardım çağırıb, müğənni xəstəxanaya çatdırılıb. Lakin xəstəxanadan ifaçının artıq dünyasını dəyişdiyini bildiriblər. İlkin məlumata görə, gənc müğənni infarkt keçirib.


Pedro səhnəyə çıxmamışdan əvvəl dostlarına özünü çox yorğun hiss etdiyini deyib.
 

Qeyd edək ki, gənc müğənninin yeni ailə həyatı qurub. Bu ilin oktyabrında dünyaya gələn kiçik qızı var.
 

Pedro Enrike karyerasına 2015-ci ildə başlayıb. O, YouTube-da bir neçə mahnısını paylaşdıqdan sonra, yerli qruplardan birinin tərkibində çıxış edib. Bir müddət sonra qrup ilk albomunu buraxıb.
 

2019-cu ildə Enrike yenidən solo layihəyə başlayaraq, ilk mahnısını təqdim edib. O, ölümündən bir müddət əvvəl pərəstişkarlarına tezliklə yeni layihə təqdim edəcəyini bildirib.

 

Aysel

Sfera.az
 


OXŞAR XƏBƏRLƏR