“Qarabağ” 17 milyondan çox qazandı

“Qarabağ” 17 milyondan çox qazandı

Avropa Liqasında yolunda davam edən “Qarabağ”ın bu mövsüm avrokuboklardakı ümumi qazancı müəyyənləşib.

 

Sfera.az xəbər verir ki, Azərbaycan çempionu cari mövsüm 9 milyon 582 min (17 milyon 848 min manat) avroluq gəlir əldə edib.

 

Komanda son olaraq qrupun son turunda “Hakken”i məğlub edərək 1 milyon avrodan çox qazanc götürüb. Qələbə 630 min, qrupda ikinci yeri tutmaq 550 min, pley-offa vəsiqə isə 500 min avro gətirib. Həmçinin qruplardakı heç-heçələrə görə əlavə mükafatlar da komandalar arasında bölüşdürülüb. “Qarabağ”a bundan 126 min avro pul gəlib.

 

Qeyd edək ki, Avropa Liqasının pley-off mərhələsinin püşkü dekabrın 18-də atılacaq. “Qarabağ” fevralın 15-22-də keçiriləcək oyunlarda rəqibini üstələyərək 1/8 finala yüksəlsə, daha 1,2 milyon avro büdcəsinə əlavə edəcək.


OXŞAR XƏBƏRLƏR