Dövlət büdcəsində profisit yaranıb

Dövlət büdcəsində profisit yaranıb

Azərbaycanın dövlət büdcəsində yenidən profisit (vəsait artıqlığı – red.) yaranıb.

 

Sfera.az xəbər verir ki, Maliyyə Nazirliyinin təqdim etdiyi operativ məlumatlara əsasən 2023-cü ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 29,642 milyard milyon manat, xərcləri 29,155 milyard manat təşkil edib. On bir aydan sonra büdcədə 487 milyon manat xərclənməmiş vəsait qalıb.

 

Qeyd edək ki, bu ilin dövlət büdcəsində 2,74 milyard manat kəsir proqnozlaşdırılıb. İlk 11 ayın nəticəsi göstərir ki, bu il dövlət büdcəsində kəsir olmayacaq, ya da kəsirin məbləği az olacaq. Bu il büdcədə balansın müsbət olmasının səbəbi vergilər üzrə gəlirlərin artması, həmçinin xərclərin optimallaşdırılmasıdır.

 

Vasif


OXŞAR XƏBƏRLƏR