Azərbaycan hər ay əcnəbilərə 422 milyon dollar ödəyib

Azərbaycan hər ay əcnəbilərə 422 milyon dollar ödəyib

Azərbaycan 2023-cü ilin yanvar-sentyabr ayları ərzində əcnəbilərə 3,8 milyard dollar ödəniş həyata keçirib. Ödənişlərin bir aya düşən orta məbləği təxminən 422 milyon dollar olub.

 

Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, əcnəbilərə ödənilən vəsaitin əsas hissəsini (3 milyard dollar) xarici investorların payına düşən gəlirlərin repatriasiyası (vəsaitin, əmlakın sahibinə qaytarılması – red.) təşkil edib. Repatriasiyanın 2,9 milyard dollarlıq hissəsi beynəlxalq neft-qaz konsorsiumları üzrə əsasən xam neft və təbii qaz şəklində ödənişlərdən ibarət olub.

 

Bunlardan başqa, əcnəbilərə qiymətli kağızların faizlərinə görə 307,8 milyon dollar, xarici kreditlərdən istifadəyə görə faizlərə 337,1 milyon dollar və digər ödənişlərə görə 202,9 milyon dollar ödənilib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR