“Macarıstanın vetosuna baxmayaraq, Avropa Ukraynanı maliyyələşdirək” - Şarl Mişel

“Macarıstanın vetosuna baxmayaraq, Avropa Ukraynanı maliyyələşdirək” - Şarl Mişel

Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Macarıstanın vetosuna baxmayaraq, ittifaqın Ukraynanı maliyyələşdirəcəyinə əmindir.

 

Sfera.az xəbər verir ki, Mişel bunu Avropa İttifaqının liderlərinin gecə saatlarına qədər davam edən görüşündən sonra deyib.

 

Mişel qeyd edib ki, Macarıstanın Baş naziri Viktor Orban Ukraynaya daha böyük maliyyə dəstəyinə mane olmasına baxmayaraq, Avropa Ukraynaya lazımi maliyyə yardımını verəcək.

 

"Biz bir səs istisna olmaqla, yekdillik yarada bilmişik", - deyən Şarl Mişel Avropa İttifaqının Ukraynanın tək buraxmayacağını bildirib.

 

Xatırladaq ki, Macarıstanın baş naziri Viktor Orban Ukraynaya Avropa İttifaqının əlavə 50 milyard avroluq yardımına veto qoyub. Buna görə də maliyyə yardımı məsələsinə gələn ilin yanvarında yenidən baxılacaq.

 

Mişel əmindir ki, yanvarda qərar müsbət olacaq və Ukrayna yardımı alacaq: “Ukraynanın dəstəyimizə arxalana bilməsini təmin etmək üçün alətlərimiz var, bu "meqa paketi" qəbul etmək üçün 26 liderin güclü siyasi iradəsi var. Bu, bizim Ukraynaya göndərmək istədiyimiz siqnaldır".

 

Vasif


OXŞAR XƏBƏRLƏR