“Azərbaycanla sülh sazişi imzalana bilər” – Nikol Paşinyan

Siyasət
11:30 / 15.12.2023
8678
Ermənistanın Baş naziri Nikol Paşinyan razılaşdırılmış prinsiplər təsdiqlənərsə, sülh sazişinin imzalana biləcəyini bəyan edib.
Sfera.az-ın məlumatına görə, Paşinyan sülh müqaciləsinin bağlanması üçün ilkin şərtləri açıqlayıb:
“Ölkələrin suverenliyi, nəqliyyat marşurutlarının açılması, ərazi bütövlüyünün qarşılıqlı tanınması prinsipləri ilə bağlı razılıq əldə olunarsa, 1991-ci il Almatı Bəyannaməsi əsasında Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalana bilər. Yuxarıda qeyd olunan üç prinsip Brüsseldə keçirilən üçtərəfli danışıqlar zamanı da müzakirə olunub”.
Paşinyan əlavə edib ki, dekabrın 13-də əsir mübadiləsinin aparılması sülh sazişinin imzalanması imkanlarını artırıb.
Ülkər Abdurahmanlı