2026-cı ilə qədər 137 min müəllim sertifikasiyadan keçəcək

Təhsil
11:20 / 15.12.2023
8439
"137.000 müəllimin 2026-cı ilə qədər sertifikasiyadan keçirilməsi planlaşdırılır".
Sfera.az xəbər verir ki, bunu Elm və Təhsil naziri Emin Əmrullayev Azərbaycan müəllimlərinin XVI qurultayındakı çıxışında deyib.
Nazir qeyd edib ki, müəllimlərin təxminən 1/3 hissəsi sertifikatlaşdırılmaya cəlb olunub:
"Hədəfimiz növbəti illərdə hər bir məktəbə 1 metodist müəllimin təyin olunmasıdır. Onlar daim müəllimlərə dəstək verib, yanlarında olmalıdır. Sertifikatlaşdırılma nəticələrinə əsasən bu islahatlara başlanılacaq”.
Firuzə Əliyeva