Xərçəng olan qadın ailəsi haqqında öyrəndikləri ilə həyatı alt-üst oldu

Xərçəng olan qadın ailəsi haqqında öyrəndikləri ilə həyatı alt-üst oldu

Döş xərçəngi diaqnozu qoyulduqdan sonra həyatı tamamilə dəyişən 33 yaşlı qadın yaşadıqlarından danışıb.
 

Sfera.az bildirir ki, 33 yaşlı Halli Kinser danışdığı həyat hekayəsi ilə bütün dünyanı təəccübləndirib.


Döş xərçəngi olduğunu öyrənən Kinser çox üzülsə də, sonradan bu xəstəlik sayəsində bütün həyatının böyük bir yalan olduğunu öyrənib.

 

Qısa müddətdə sağ sinəsində yağrılar hiss etməyə başlayan Kinser həkimə gedib. O, biopsiya ilə 3 həftə içində döş xərçəngi olduğunu öyrənib.


Dünyası dağılan qadın bir müddət müalicə variantları üzərində düşünüb, həkimi isə ailəsinin sağlamlıq durumu ilə bağlı suallar verib.

 

Kinser anası Lori və atası Deyvə zəng edərək vəziyyəti danışıb. Anası yaxınları haqqında məlumat verərkən, atası səssiz qalıb. Kinser ataların bu mövzularda daha az məlumatlı olmasını normal hesab edirdi.


Bir neçə gündən sonra Kinserin atası ona zəng edərək təcili danışmalı olduqlarını deyib. Atasına işdə olduğunu desə də, atası dayanmadan zəng etməyə davam edib. Daha sonra anası onun evinə gələrək ona bir şey etiraf etmək istədiyini deyib.

 

Bu zaman Kinser atasının başına pis bir şey gəldiyini düşünsə də, anası: “Bunu necə deyəcəyimizi bilmirik, amma qardaşınla sənin ataların fərqlidir” - deyib. Daha sonra onlar illər boyu uşaqları olmadığına görə Halli və qardaşı üçün fərqli sperma donorlarından istifadə etdiklərini etiraf ediblər.


Kinser həyatının sarsıntısını yaşasa da, bu barədə düşünərək, anası və atasından başqa heç kimi valideyn olaraq qəbul etməyəcəyinə qərar verib.
Əməliyyat tarixi yaxınlaşdıqca, onun əsl ailəsinin kim olduğu ilə bağlı suallar yaranıb. Davamlı olaraq başqa bacı-qardaşı ola biləcəyini düşünüb.


Uğurlu əməliyyatdan sonra DNT testinin nəticələrini alan gənc qadın başqa bacı-qardaşlarının da olduğunu öyrənib. Tapdığı qardaşına e-poçt göndərib və söhbətə başlayıblar. Onlar bir-biri ilə həyatlarından danışırdılar. Daha üç bacısı olduğunu bilən Kinser dünyası dağılsa da, döş xərçəngi sayəsində daha çox bacı-qardaşa sahib olmanın sevincini yaşayır.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR