Əkizlərini beş gün fərqlə dünyaya gətirən qadın hər kəsi şoka saldı

Əkizlərini beş gün fərqlə dünyaya gətirən qadın hər kəsi şoka saldı

TikTok-da bir qadın 5 gün fərqlə əkiz uşaq dünyaya gətirdiyini açıqlayaraq hər kəsi təəccübləndirib.

Sfera.az sosial şəbəkələrdə videoları ilə viral olan əkiz uşaqların maraqlı doğum hekayəsini təqdim edir.


Qadın hamilə qalanda digər analar kimi hər iki körpəni eyni vaxtda dünyaya gətirəcəyini düşünüb, amma sonra həyatının şokunu yaşayıb.

Qadın beş gün fərqlə İmelda və Lilo adlı körpələrini dünyaya gətirib. O günə qədər belə bir şeyin mümkün ola biləcəyindən xəbəri olmayan ana ultrasəs müayinəsindən keçəndə həkim, körpələrin böyümə sürətinin heç də normal olmadığını deyib.

“Biz uşaq sahibi olmağa çalışırdıq, İmeldaya hamilə qalanda Lilonun orada olduğunu bilmirdik. Həmin vaxt yenicə körpə itirmişdim, ona görə də təcili uşaq sahibi olmaq istəyirdik”.


Təbii ki, uzun müddət cəhd etdikdən sonra hamilə qalan ana əvvəlcə əkizləri olduğunun fərqinə varmayıb.

“Əkizlərimiz olduğunu biləndə çox sevindik. Təbii ki, ikisini də eyni anda dünyaya gətirəcəyimi düşünürdüm. Daha sonra həkimimiz dedi ki, körpələrdən birində inkişaf zəif gedir”.


Çox inkişaf etmiş əkizini vaxtında dünyaya gətirən ana digər körpəsini də düz 5 gün sonra dünyaya gətirərək həkimləri təəccübləndirib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR