İstirahət mərkəzində oğurlanan uşaq 6 ildən sonra tapıldı - Başına gələnlər haqqında danışdı

İstirahət mərkəzində oğurlanan uşaq 6 ildən sonra tapıldı - Başına gələnlər haqqında danışdı

Britaniyalı Aleks Betti 2017-ci ildə qaçırılıb.
 

Sfera.az bildirir ki, altı il əvvəl müəmmalı şəraitdə yoxa çıxan uşaq gözlənilmədən Fransada tapılıb. O, sağdır və yaxşıdır.

Hüquq-mühafizə orqanları iddia edir ki, hazırda 17 yaşında olan Aleks Betti bir sektaya “düşüb”.


Böyük Mançesterin Oldham şəhərindən olan 11 yaşlı Aleksin 2017-ci ilin oktyabrında İspaniyanın Marbella şəhərində səyahət edərkən qaçırıldığı güman edilirdi. O vaxtdan bəri onu heç kim görməyib.
 

Uşaq kurortda 37 yaşlı anası Melani və 58 yaşlı babası Devidlə birlikdə olub. Onların hər ikisi bir sıra məişət problemlərinə görə uşaqla birlikdə olmaq hüququndan məhrum edilib.
 

Ailə həmin vaxt iki həftəyə tətildən evə qayıtmalı olsa da, geri dönməyiblər. Tezliklə polis araşdırmaya başlayıb.
 

Uşağın rəsmi qəyyumu nənəsi Syuzan Karuanandır. Həmin vaxt onun 62 yaşı olub. Nənə iddia edib ki, ailə üzvləri sözdə “alternativ həyat tərzi”nə köklənib: onlar Aleksin məktəbə getməsini istəməyiblər və ümumiyyətlə təhsilin effektivliyinə inanmırlar.
 

Hüquq-mühafizə orqanları hazırda 17 yaşı olan oğlan Tuluza (Fransanın cənubu) yaxınlığındakı Reveldə tapıldığını bildirib.
 

"O, jandarma heç bir rəsmi sənəd göstərməsə də, adını və soyadını verib. Onun üz cizgiləri və həyat tarixçəsi 2017-ci ildə qaçırılan Aleks Bettininkinə çox uyğun gəlib”.

Müstəntiqlər ehtimal edirlər ki, Aleks Pireney dağlarının ətəklərindəki sektadan qaçıb. Bir neçə gün piyada gəzdikdən sonra onu yük maşını sürücüsü götürüb. Sürücü dərhal polisə müraciət edib.
 

Dindirmə zamanı gənc səyahəti haqqında çox soyuqqanlı və sakit danışıb. O, sosial xidmətlərə göndərilib.
 

İstintaqın ilkin versiyasına görə, Aleks sektaya düşüb. O, tez-tez furqonlarda və ya çadırlarda gecələyib.
 

Bu qəribə hekayə ilə bağlı istintaq araşdırması davam edir.

 

Xanım

Sfera.az


OXŞAR XƏBƏRLƏR