Selena Qomez yeni sevgilisi ilə fotosunu nümayiş etdirdi - FOTOLAR

Selena Qomez yeni sevgilisi ilə fotosunu nümayiş etdirdi - FOTOLAR

Amerikalı müğənni Selena Qomez sevgilisi, 35 yaşlı prodüser Benni Blanko ilə yeni fotosunu paylaşıb. Sənətçi fotonu 429 milyondan çox abunəçisi olan İnstaqramda yerləşdirib.
 

Sfera.az bildirir ki, Selena Qomez və prodüser Benni Blanko 2023-cü ilin yayından görüşürlər, lakin uzun müddət bu münasibəti gizlədiblər.
Ağ-qara fotoda Blanko gülümsəyən sevgilisini qucaqlayır.
 

Müğənni etiraf edib ki, sevgilisi onunla hamıdan yaxşı davranır.
 

Qeyd edək ki, cütlük əvvəllər Selenanın mahnıları üzərində birlikdə çalışıb. Blanko 2023-cü ilin yayında sənətçinin ad günündə də iştirak edib. Görünür, onların mübasibəti məhz bundan sonra başlayıb.


Bundan əvvəl Qomez Castin Biberlə uzun müddət birlikdə olub. Onlar 2018-ci ildə ayrılıb, Castin hal-hazırda model Heyli Biberlə evlidir. Selenanın sevgililər siyahısına Endryu Taqqart, Zeyn Malik, Nik Conas, The Weeknd və Twilight ulduzu Taylor Lautner də daxildir.
 

Biber və Heylinin 5 ildən artıq evli olmasına baxmayaraq, zaman-zaman Selenanın pərəstişkarları modeli təhqir edir və Castinin hələ də Selenanı sevdiyinə inanırlar. Lakin məşhurlar özləri münaqişəni təkzib ediblər. Dəfələrlə Selena öz pərəstişkarlarına müraciət edərək, belə etməməyə səsləyib. O, hətta postlarında Heylini tərifləyərək, “kaş ki Heyli kimi gözəl olardım” deyə paylaşım da edib.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Lotereya milyonçusu bütün var-dövlətini israf etdi: Yenidən zibil yığana çevrildi

Britaniyalı Maykl Kerroll lotereya uduşlarının ağılsızca xərclənməsinin simvoluna çevrilib, lakin bunun həyatının ən yaxşı dövrü olduğunu bildirir.   S...

Pilotun havaya qalxmazdan əvvəl sözləri sərnişinləri ağlatdı

Gənc qadının kapitan kimi ilk uçuşunu əks etdirən video “TikTok”da bir milyondan çox baxış toplayıb. Qadın bu uçuşu iyirmi ildən çox eyni aviaşirkət...

Ailə restorandan 100 min dollar təzminat aldı

Bir Britaniyalı ailə onları hesabı ödəmədən qaçmaqda günahlandıran restorandan 100 min dollar təzminat alacaq. Məlum olub ki, müştərilər ödənişi tam ödəyiblər, ...

Paşinyan İTV-yə müsahibə verdi: "Sülh sazişini imzalamağa hazırıq"

Albaniyada səfərdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın İctimai Televiziyasına müsahibə verib.    Sfera.az xəbər verir ...

Gürcüstanda azərbaycanlını qətlə yetirən şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı Aydın Həmzəyevin qətlində şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.   Sfera.az xəbər verir ki, r...

"Avroviziya"nın ikinci yarımfinal mərhələsi başladı -CANLI

"Avroviziya-2025" beynəlxalq mahnı müsabiqəsinin ikinci yarımfinal mərhələsinə start verilib.   Sfera.az xəbər verir ki, bu il müsabiqə İsv...