Diş ətini gücləndirmək üçün qidalar
Sağlam dişlərə sahib olmağı hər bir insan istəyər. Bu səbəbdən də, diş sağlamlığı hər şeydən əvvəl diş ətindən başlayır. Əgər biz diş ətini qoruyub, gücləndirsək, daha az problemlə qarşılaşarıq.
Sfera.az deyerler.org-a istinadən bildirir ki, diş ətini gücləndirməyin bir çox yolu var. Onlardan ən sağlamı təbii qida müalicəsidir. Belə ki, bəzi qidaların tərkibində olan maddələr diş ətində olan bakteriyaları öldürür.
Təbii qida seçimi ilə bağlı mütəxəssislər bəzi təkliflər verir.
Onlar kök, xiyar və kərəvizin diş ətini gücləndirdiyini söyləyirlər.
Bundan əlavə, su içərək dişlərin təmizlənməsinin mümkün olduğunu vurğulayırlar. Belə ki, şəkərli qidalar su sayəsində dişlərdən təmizlənir.
Yaşıl və ya qara çay ləkə əmələ gətirsə də, bakteriyaları öldürüb dişlərin ömrünü uzadır.
Pendir və süd diş sağlamlığı üçün mütləq istehlak edilməsi lazım olan qidalar arasında yer alırl. Hər ikisində də kalsium və fosfat vardır. Bu maddələr diş sağlamlığı üçün olduqca önəmlidir.