“Qarabağ” Avropa Liqasının 1/16 finalında! - YENİLƏNDİ

“Qarabağ” Avropa Liqasının 1/16 finalında! - YENİLƏNDİ

Bakıda UEFA Avropa Liqasının qrup mərhələsinin VI turunda üz-üzə gələcək "Qarabağ" və İsveçin "Hakken" klubunun start heyətləri bəlli olub.

 

Sfera.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar.

 

"Qarabağ": 99 Andrey Lunyov, 44 Elvin Cəfərquliyev, 13 Bəhlul Mustafazadə 55. Bədavi Hüsenov, 29 Marko Veşoviç, 6 Julio Romao, 8, Marko Yankoviç, 7 Yassin Benzia, 10Abdullah Zubir, 15 Leandro Andrade, 18 Olavio Juninyo

 

"Hekken": 26. Peter Abrahamsson, 21. Tomas Totland, 5. Even Hovland, 4. Ayham Usu, 13. Simon Sandberq, 27. Romeo Amane, 11. Samuel Qustafson, 18. Mikkel Riqaard, 23. Mamadu Sonko, 10. Ali Yussef, 17. Edvard Çilufya

 

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Hakken” oyunu saat 21:45-də başlayacaq. Ağdam təmsilçisi hazırda 7 xalla ikinci pillədə yer alıb. İsveç klubunun isə hesabında xal yoxdur.

 

***

 

Matç başladı

 

***

 

Təmsilçimiz 44-cü saniyədə hesab açır. Leandro Andrade fərqlənir.

 

***

 

“Qarabağ”dan ikinci qol, 45+3-cü dəqiqədə Yassin Benzia fərqləndi.

 

 

***

 

İlk hissə başa çatdı. Fasilə.

 

***

 

İkinci hissə başladı.

 

***

 

55-ci dəqiqədə Marko Veşoviç rəqibinə qarşı kobud oynayır. Hakim onun bu qayda pozuntusunu qırmızı vərəqə kimi qiymətləndirir və futbolçunu oyundan kənarlaşdırır.​

 

***

 

90+4-cü dəqiqədə “Hekken” hesab arasında fərqi azaldır. Bədavi Hüseynov avtoqol müəllifi olur.

 

***

 

Matç başa çatdı. Ağdam təmsilçisi 2:1 hesabı ilə qalib gələrək tarixində ilk dəfə Avroliqanın 1/16 final mərhələsinə adlayır.


OXŞAR XƏBƏRLƏR

Vəzifəli şəxslərin cinayət işi üzrə məhkəmə başlayır

Xarici ölkələrdə işlə təmin edilməsi barədə yalan vədlər verərək vətəndaşların pullarını ələ keçirməkdə təqsirləndirilən vəzifəli şəxslərin cinayət işi məhkəməy...

Azərbaycanda dəhşət: “TikTok”da tanış olduğu qadının uşaqlarına işgəncələr verdi – FOTO

“TikTok”da tanış olduğu qadınla birlikdə yaşamağa başlayan Kənan Abdullayev onun 6 və 10 yaşlı uşaqlarına dözülməz işgəncələr verib.   Sf...

Sabah bu yolda hərəkət qismən məhdudlaşdırılacaq

Bakı şəhəri, Yasamal rayonu Əbdürrəhim bəy Haqverdiyev küçəsinin Mətbuat prospektindən İnşaatçılar prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əl...

Aysellə Oqtayın məhkəməsi oldu

Xəbər verildiyi kimi, bloger Aysel Şükür keçmiş həyat yoldaşı Oqtay Əhmədovu məhkəməyə verib.    Sfera.az “Axşam.az”a istinadən xəbə...

2 əsrlik Əlifba mücadiləmiz

Əlifba hər bir xalqın həyatında, onun yazı mədəniyyətinin formalaşmasında mühüm rol oynayır. Türk yazı mədəniyyətinin “İssık”, “Orxon Yenisey&...

Dövlətə ərzaq satışı: Təkliflərin qəbuluna başlanıldı

Bu gündən başlayaraq sentyabrın 1-nə qədər Azərbaycanda ərzaq və kənd təsərrüfatı məhsullarını satmaq niyyətində olan fermerlər, istehsalçılar və satıcılar teda...