Qoşunlar sərhəddən çıxarılır? – “Güzgü effekti” planı masada

Qoşunlar sərhəddən çıxarılır? – “Güzgü effekti” planı masada

“Qoşunların çıxarılması həqiqətən də prosesə müsbət təsir göstərəcək və yeni eskalasiya ehtimalının qarşısını almağa kömək edəcək. Hələ tam razılıq əldə edildiyini demək olmaz, amma məsələ müzakirə olunur. Bu istiqamətdə başqa fikirlər də var. Ümid edirəm ki, qarşılıqlı addımların atılması müsbət nəticə verəcək. Əsas məsələ isə sülh danışıqları prosesidir. Əslində, işin böyük hissəsi görülüb, sülh sazişinin yekunu üçün görüşmək və razılığa gəlmək lazımdır”.

 

Mirzoyanın bu təklifi yeni deyil. Ermənistan tərəfi 2022-ci ilin 12-14 sentyabrında iki ölkənin şərti dövlət sərhədində baş verən insidentdən bəri bu təklifi verir. Lokal antiterror tədbirlərindən sonra Qarabağ münaqişəsinin tamamilə bitməsi isə hazırda bu təklifi daha diqqətçəkən edir.

 

Ümumiyyətlə, Mirzoyan “qoşunların çıxarılması” deyərkən nəyi nəzərdə tutur?

 

Tərəflərin son günlər atdığı konstruktiv addımlar müsbət atmosfer və pozitiv təəssürat yaratsa da, Mirzoyanın məlum istəyinin gerçəkləşməsi üçün çox tezdir. İlk növbədə sərhədlərin delimitasiya və demarkasiya prosesinə başlanılmalıdır. Hələlik sərhəd komissiyalarının görüşü keçirilir və şifahi razılaşmalar əldə edilir. Yəni delimitasiya ilə bağlı əməli addımlar atılmayıb. Sərhədin delimitasiya və demarkasiya prosesi gerçəkləşdikcə təyin edilmiş dövlət sərhədini iki ölkənin sərhəd qoşunları qoruyacaq. Yəni qoşunların “güzgü effetki” ilə geri çəkilməsi yalnız bu halda mümkündür. Bunu isə tam geriçəkilmə kimi qiymətləndirmək olmaz.

 

Ümumilikdə yekun sülh müqaviləsi imzalanmadan bu tipli qərarın verilməsi risklidir. Bununla belə, məsələnin 2024-cü ilin yanvarında Vaşinqtonda xarici işlər nazirlərinin görüşündə müzakirə edilməsi mümkündür.

 

Müəllif: Politoloq Turan Rzayev
 


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...