“Rusiya müdaxilə edərsə, sülh danışıqlarında problemlər yaranacaq” - Politoloq  

“Rusiya müdaxilə edərsə, sülh danışıqlarında problemlər yaranacaq” - Politoloq  

Xəbər verdiyimiz kimi, 7 dekabr 2023-cü il tarixində Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı arasında aparılmış danışıqların nəticəsində humanizm prinsipləri rəhbər tutularaq Azərbaycan tərəfindən 32 erməni hərbçinin, Ermənistan tərəfindən 2 azərbaycanlı hərbçinin azad edilməsi barədə razılıq əldə olunub.

 

Həmin razılığa əsasən dünən əsirlərin mübadiləsi prosesi baş tutub.

 

Bəs, bundan sonra Azərbaycanla Ermənistan arasında hansı siyasi proseslər reallaşacaq?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan siyasi şərhçi Asif Nərimanlı bildirib ki, əsir mübadiləsinin aparılması  bundan sonrakı proseslərinin inkişafının ikiformatlı davam etdirilməsinə şərait yaradır:

 

“ Bu razılaşmanın həyata keçirilməsində beynəlxalq təşkilatların da rolu böyük idi. Hər iki ölkə iktitərəfli format çərçivəsində hərəkət etdiyi təqdirdə müəyyən nəticələr əldə ediləcək. Ermənistan Qərb platformalarında danışıqların aparılmasını istəyir. Bu isə Azərbaycanın maraqlarına uyğun gəlmir. Qranada görüşündə Ermənistanın gündəliyinin qəbul edilməsi Azərbaycanın gündəliyinə uyğun gəlmirdi. Bundan sonra rəsmi Bakı danışıqların ikitərəfli format çərçivəsində keçirilməsinə üstünlük verəcək”.

 

Ekspert bildirib ki, prosesə Rusiya müdaxilə edərsə, danışıqların aparılmasında çətinlik yaranacaq:

 

“İkitərəfli formatda danışıqların aparılması ilə sərhədlərin delimitasiya məsələsində ortaq mövqe tapıla bilər. Delimitasiya prosesi uzunmüddətli proses olduğuna görə sülh müqaviləsinin imzalanması uzadıla bilər”.

 

Ülkər


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...