Son bir ildə dünyada ərzaq qiymətləri 10 faiz ucuzlaşıb

Son bir ildə dünyada ərzaq qiymətləri 10 faiz ucuzlaşıb

BMT-nin FAO təşkilatının açıqladığı məlumata əsasən 2023-cü ilin noyabrında qlobal ərzaq qiymətləri 10,6 faiz enib.

 

Sfera.az xəbər verir ki, ərzaq qiymətlərinin bu qədər enməsinə taxıl və süd məhsullarının, həmçinin yağların ucuzlaşması səbəb olub.

 

Son bir ildə taxıl məhsullarının qiyməti səviyyəsi 19,4 faiz, süd məhsullarının qiymət səviyyəsi 16,9 faiz, bitki yağlarının qiymət səviyyəsi 19,8 faiz enib. Bunlardan başqa ət qiymətlərində də 2,4 faizlik azalma baş verib.

 

Adıçəkilən məhsul qruplarında ucuzlaşma baş versə də son bir ildə şəkərin qiyməti kəskin artıb. Noyabrda illik müqayisədə şəkərin qiymət səviyyəsi 41 faizdən çox artıb. Məhz şəkərin kəskin bahalaşması ümumən ərzaq mallarının qiymətində daha çox enmənin qarşısını alıb.

 

Qeyd edək ki, dünyada ərzaq qiymətləri ensə də Azərbaycanda son bir ildə ərzaq qiymətlərində 1,3 faiz artım baş verib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...

Minalardan nə vaxt tamamilə azad olacağıq? - Gözlənilən tarix

Minalardan və partlamamış hərbi sursatlardan zərər çəkən ölkələr arasında Azərbaycan ilk sıralardadır. Minalar hələ də işğaldan azad olunan torpaqlarımızın müəy...