"Məni yandırıb-yaxır, barışa bilmirəm..." - Mehriban Xanlarova AĞLADI

“Onun teatr və kinoda yaratdığı yaddaqalan obrazlar zaman keçdikcə yaşayacaq”.

 

Sfera.az xəbər verir ki, bu sözləri Xalq artisti Ramiz Məlikin vəfatından sarsılan Əməkdar Artist Mehriban Xanlarova Yenicag.az-a açıqlamasında deyib.

 

Göz yaşlarına hakim ola bilməyən aktrisa bu itki ilə barışa bilmədiyini söyləyib:

 

“Səhər-səhər bu xəbəri eşidəndə sarsıldım, göz yaşımı saxlaya bilmirəm. Çox ağırdır, bu itki ilə barışa bilmirəm.

 

İtirə-itirə gedirik. Son bir neçə ildə nə qədər böyük sənətkarlarımız dünyadan köçdü. İndi də belə bir müqtədir aktyorla vidalaşırıq. Korifey aktyor nəslindən biri də bu dünyanı tərk etdi. Amma sənətkarlar ölmür. Ramiz Məlik də adını teatr tarixinə yazıb getdi.

 

Ramiz Məlik həm insan, həm də aktyor kimi mükəmməl idi. Onun teatr və kinoda yaratdığı yaddaqalan obrazları zaman keçdikcə yaşayacaq. Sənətkarlarımızın ölümü məni həmişə yandırıb-yaxıb.

 

Heyf, Ramiz Məlikdən. Son vaxtlar amansız xəstəliklə mübarizə aparırdı. Kaş ki sağalaydı, yenidən teatr səhnəsində gözəl obrazlara can verəydi, amma əcəl aman vermədi.

 

Mənim üçün çox ağırdır danışmaq. Onun gözəl xatirəsi həmişə ürəyimizdə yaşayacaq”.


OXŞAR XƏBƏRLƏR

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...

Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO

"Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır".   Sfera.az Xəzər ...

Növbəti əsərini Qurban Qurbanova həsr etdi - FOTO

Məşhur karikaturaçı Omar Momani “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova karikatura həsr edib.   Sfera.az xəbər verir ki, o karik...

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

Yeni inşa edilən çoxmərtəbəli binalarda mərkəzi istilik sistemi tətbiq olunacaq.   "İstilik təchizatı haqqında" yeni qanuna əsasən çoxmənzi...