Ən etibarlı və ən etibarsız avtomobillər – Almaniya şirkətinin yaydığı SİYAHI

Ən etibarlı və ən etibarsız avtomobillər – Almaniya şirkətinin yaydığı SİYAHI

Almaniyanın TUV SUD ekspert şirkəti alman mütəxəsislərinin rəylərini əsas götürərək ən etibarlı avtomobillərin reytinq sıralamasını tərtib edib.

 

Sfera.az xəbər verir ki, TUV SUD şirkəti qiymətləndirmə apararkən avtomobillərə texniki qulluq zamanı aşkar edilən qüsurların statistikasını öyrənib. Tədqiqat 2023-cü ildə sınaqdan keçirilmiş on milyondan çox avtomobili əhatə edib və reytinq avtomobillərin yaşından asılı olaraq kateqoriyalara bölünüb.

 

Müəyyən olunub ki, istehsal tarixi 2-3 ilə qədər olan ən etibarlı avtomobillər “Volkswagen Golf Sportsvan”, “Audi Q2” və “Audi TT”dir. Bu yaşda olan avtomobillər arasında ən etibarsızları “Tesla Model 3”, “Dacia Logan” və “Seat Alhambra”dır.

 

İstehsal tarixindən beş il keçən avtomobillər arasında ən etibarlısı “Volkswagen Golf Sportsvan”, “Volsvagenin krossoverləri (SUV) “T-Roc” və “T-Cross” olub. Beş yaşa qədər avtomobillər arasında ən etibarsız avtomobillər isə “BMW X5”, “BMW X6”, “Volkswagen Sharan” (17,7 faiz) və “BMW 2-Series Active Tourer” hesab edilib.

 

Yeddi yaşa qədər olan avtomobillər seqmentində ən etibarlı olanlar “Mazda CX-3”, yaşı doqquza qədər olanlarda “Mercedes-Benz B-Class”, yaşı 11 və 13-ə qədər olanlarda isə “Audi TT”dir.

 

Ən pis göstəricilər “Dacia Dokker”, “Renault Twingo” və “Dacia Logan” avtomobillərində qeydə alınıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Ali Məhkəmənin sədri Qırğızıstanda səfərdə oldu

Qırğız Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə keçirilən tədbirlərdə iştirak etmək məqsədilə Ali Məhkəmənin sədri İnam Kərimov Bişkek şəhə...

Britaniyanın XİN rəhbəri Livanla bağlı təcili müşavirə KEÇİRDİ

Böyük Britaniyanın xarici işlər naziri David Lemmi bu gün COBRA (Cabinet Office Briefing Rooms) fövqəladə hökumət komitəsinin iclasını keçirib.   Sfe...

ABB-nin tərəfdaşlığı ilə “Startup World Cup” yarışması keçirildi!

Sentyabrın 19-da ADA Universitetində “Technovate-Sabah Mələk İnvestorlar Klubu” və “Pegasus Ventures” tərəfindən Azərbaycanda ilk dəfə s...

NATO Müdafiə Kollecində Azərbaycanla hərbi təhsil sahəsində əməkdaşlıq müzakirə olundu

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliyaya rəsmi səfəri çərçivəsində Roma şəhər...

İlham Əliyev Qarabağ Universitetinin tələbə yataqxanasının AÇILIŞINDA - YENİLƏNDİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 20-də Xankəndi şəhərində Qarabağ Universitetinin tələbə yataqxanasının təmirdən sonra açılışında i...

Türkiyə XİN: "Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur"

Dünyada yeni sistemin yaranması üçün Qərbi gözləməyə ehtiyac yoxdur.   Sfera.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkən...