Bu şirkət rəhbərlərinə xaricə çıxmaq qadağan edildi - SİYAHI

Bu şirkət rəhbərlərinə xaricə çıxmaq qadağan edildi - SİYAHI

Vergi borcuna görə ölkədən getmə hüququ müvəqqəti məhdudlaşdırılan şirkət rəhbərlərinin sayı artıb.

Sfera.az fins.az-a istinadən bildirir ki, Vergilər Nazirliyindən verilən xəbərə görə, siyahıda 715 şirkətin adı yer alıb.
Siyahıda adı çəkilən şirkət rəhbərlərindən 8 nəfəri xarici vətəndaşdır.
Tam siyahı ilə buradan tanış ola bilərsiniz.
"İcra haqqında" Azərbaycan Respublikasının Qanununun 84-1.1-ci maddəsinə, Vergi Məcəlləsinin 23.1.16-cı və 23.1.15-3-cü maddələrinə əsasən vergi ödəyicisi vergi borcunu ödəmədikdə məhkəmənin qərarı əsasında fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanlarının rəhbərlərinin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
Bu isə o deməkdir ki, vergi borcunu tam ödəməyənə kimi belə şəxslərin ölkədən kənara çıxmasına icazə verilmir.


OXŞAR XƏBƏRLƏR