Həyatı haqqında serial da çəkilib - İllərlə ona zülm edən ərini öldürən qadın

Əri Malkolm Tornton tərəfindən illərlə psixoloji və fiziki zorakılığa məruz qalan Sara Tornton onu qan donduran şəkildə öldürüb. Uzun sürən dindirmə prosesindən sonra, yuxarı instansiya məhkəməsinə çıxarılması planlaşdırılan qətl işi nəhayət, yekunlaşıb.
Sfera.az “The Sopranos” serialına mövzu olan qətlin təfərrüatlarını təqdim edir.
Sara Torntonun 90-cı illərdə törətdiyi qətl, hamının qanını dondurub.
İngiltərədə əri Malkolm Torntonla birlikdə yaşayan Sara ərinin davamlı olaraq fiziki və psixoloji zorakılığına məruz qalıb.
Ətrafda yaşayan insanlar daim polisə zəng edərək, hadisə yerinə gəlmələrini xahiş edirdilər.
Hadisə yerinə gələn polis hətta alkoqol aludəçisi Malkolm Torntonun Saraya yumruq vuraraq ona hücum etdiyinin belə şahidi olub.
Bəzi qonşular Saranın çox vaxt təpədən dırnağa qədər döyüldüyünü və huşsuz vəziyyətdə xəstəxanaya aparıldığını da bildiriblər.
Bir çox KİV-in məlumatına görə, Malkolm Sara və qızını yatarkən dəfələrlə öldürməklə hədələyib.
İstintaq zamanı, Sara ərini öldürdüyünü etiraf edib və özünü təqsirli bilib.
Daha sonra hakim Saraya azadlığa buraxıla, yaxud da hadisənin yuxarı instansiyaya aparıla biləcəyini İngilis hüququnda özünümüdafiə, qismən müdafiə və təxribat adlı müdafiə növləri var.
Torntonun qətli təxribat hesab edilsə də, affekt halında olması sübut edilməli idi.
1996-cı ildə Sara Thorntonun "qətl" işi "qəsdən adam öldürmə" ilə dəyişdirilib və o, sərbəst buraxılıb.
Xanım
Sfera.az