“Millət olaraq cinsi baxımdan acıq” – Psixoloqdan qalmaqallı açıqlama 

“Millət olaraq cinsi baxımdan acıq” – Psixoloqdan qalmaqallı açıqlama 

Həm sosial şəbəkələrdə, həm də Azərbaycan mətbuatında +18 başlıqların daha çox diqqət çəkməsi reallıqdır. Erotik başlıqlı xəbərlər daha çox oxunur, videolar daha artıq izlənir. Hətta sıradan bir xəbər başlığında bircə erotik kəlmənin işlənməsi baxış, yaxud oxu sayını qat-qat artırır.

 

Bu nə ilə bağlıdır, hansı psixoloji məqamdan xəbər verir?

 

Sfera.az xəbər verir ki, mövzu ilə bağlı danışan psixoloq Samirə Bağırova bildirib ki, ölkəmizdə intim mövzulara maraq böyükdür:

 

“Azərbaycanda xəbərlər oxunmur. Ancaq başlıqlar oxunur və yalnız başlığı oxuyanlar hücum çəkirlər şərhlər yazmağa. Çünki bizim ölkədə mütaliə etməklə bağlı böyük problem var. Mətbuatımızdan, televiziyamızdan tutmuş hər şeydə intim mövzu mütləq vardır. Çünki millət olaraq cinsi baxımdan acıq. İnternet peyda olandan bu aclıq qabarıq şəkildə özünü göstərməyə başladı”.

 

Psixoloqun sözlərinə görə, bunun bir sıra psixoloji səbəbləri var. Əsas səbəb valideynlərin yeniyetmə vaxtı övladlarına düzgün cinsi tərbiyə verməməsidir:

 

“Bunun psixoloji məqamı odur ki, yeniyetmə mərhələsində təhsildə və ailədə uşağın özünü, öz vücudunu tanıması ilə bağlı mövzulara toxunulsa, insan anatomiyası normal şəkildə keçirilsə, ayıblanmasa, intim mövzulara bu qədər maraq, aclıq olmayacaq. Əgər bir müəllim, ya valideyn uşağına spermatozoid, yaxud mensturasiyanın hansı səbəbdən yaranmasını və orqanizmdə nə kimi vacib rol oynadığını ayıb bilib danışmırsa, deməli, ona savadlı müəllim, yaxud sağlam düşünən valideyn demək olmaz.

 

Ayıblamalar və qadağalarla öz əxlaqsız fikirlərini aşılamış olurlar və uşaq bu informasiyaya ac qaldığından zamanla cinsi aclıq oyanır, sonunda belə bir cəmiyyət yaranır. Bir ailənin tərbiyəsi onu idarə edənlərdən bəlli olur. Dövlət özü böyük ailədir. Bir ölkə üçün ən vacib olan təhsili, mədəniyyəti və səhiyyəsidir. Hər üçündə dərin problem varsa, deməli, həmin sahəni idarə edənlərin eyni psixoloji problemi var”. (Yenisabah.az)


OXŞAR XƏBƏRLƏR

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb

Qazaxda yeniyetmə skuter sürən zaman yıxılaraq ölüb.   Sfera.az-ın məlumatına görə, 2009-cu il təvəllüdlü oğlan skuter sürən zaman ehtiyatsızlıqdan y...

"Turan Tovuz" evdə məğlub oldu

Misli Premyer Liqasının XXXIV turunda “Turan Tovuz” evdə “Neftçi”yə məğlub olub.   Sfera.az xəbər verir ki, Tovuz şəhər stadi...

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...