Mədə və bağırsaqlar arasında gizli inkişaf edən körpə dünyaya gəldi

Qarın ağrısı şikayətləri ilə xəstəxanaya müraciət edən qadın 23 həftəlik hamilə olduğunu biləndə nəinki özü, bütün Fransa şoka düşüb.
Sfera.az bildirir ki, bu, inanılmaz dərəcədə nadir tibii hadisə hesab olunur.
Bu hamiləlik növü qarın hamiləliyi kimi tanınır; dölün uşaqlıqdan kənarda böyüdüyü ektopik hamiləlik növüdür. Əksər hallarda ektopik hamiləlik dölün fallopiya borularında və ya yumurtalıqlarda böyüməyə başladığı zaman baş verir. Bəzən dölün qarın boşluğuna keçməsinə imkan verən səbəb yumurtalıqların yırtılması ola bilər. Qeyd etdiyimiz kimi, bu hamiləlik çox nadir tibbi haldır. Belə ki, indiyə qədər ABŞ-da hamiləliklərin 2%-dən azı ektopik olub. Başqa sözlə desək, təxminən 30.000 hamiləlikdən biri qarın boşluğunda baş verib.
Belə hamiləlik ilə əlaqəli risklər də çox yüksəkdir. Dölün sağ qalma şansı adətən çox aşağıdır və fetal ölüm riski 90%-dir. Körpə sağ qalsa belə, anadangəlmə qüsurlar və ya beyin zədələnməsi riski böyükdür. Bu qeyri-adi halda isə Fransada həkimlər doğuş üçün hamiləliyin 29-cu həftəsini gözləmək qərarına gəliblər. Bu qərar uşağın sağ qalma şansını artırmaq üçün verilib. Körpələr, adətən, təxminən 24 həftədən etibarən ana bətnindən kənarda yaşamaq qabiliyyətinə malikdirlər, lakin 29 həftəyə qədər sağ qalma nisbətləri əhəmiyyətli dərəcədə artır.
Körpə sonda ananın qarnındakı kəsiklə dünyaya gətirilib və dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Maraqlısı odur ki, üç aydan sonra həm ana, həm də körpə xəstəxanadan buraxılıb. Hər ikisinin vəziyyəti qənaətbəxşdir. Risklər və şəraiti nəzərə alsaq, həqiqətən də bu hadisə üçün çox uğurlu nəticə hesab olunur.
Yəni, bu hadisə təkcə nadirliyi ilə deyil, həm də uğurlu həlli ilə bir ilkdir.
Aynil
Sfera.az