AZAL Çin şirkəti ilə saziş imzaladı: Yeni istiqamətlər...

AZAL Çin şirkəti ilə saziş imzaladı: Yeni istiqamətlər...

Azərbaycanın milli aviadaşıyıcısı AZAL kommersiya əməkdaşlığı çərçivəsində Çinin “Hainan Airlines” aviaşirkəti ilə xüsusi proreyt sazişi imzalayıb.

 

Sfera.az xəbər verir ki, saziş hər iki aviaşirkətin sərnişinlərinə vahid aviabilet və cəlbedici tariflərlə Bakı və Pekindən keçərək yeni istiqamətlər üzrə səyahət etmək imkanı verir.

 

Saziş çərçivəsində AZAL sərnişinləri Pekin vasitəsilə “Hainan Airlines” aviaşirkətinin Çində həyata keçirdiyi 28 istiqamətə çıxış əldə edirlər. Bundan əlavə, “Hainan Airlines” AZAL sərnişinlərinə Pekindən Banqkok, Phuket, Tokio və Taypey kimi beynəlxalq istiqamətlər təklif edir.

 

Tərəfdaşlıq həmçinin “Hainan Airlines” müştərilərinə dünyanın müxtəlif şəhərlərinə Bakıdan səyahət etmək üçün AZAL-ın qlobal marşrut şəbəkəsindən istifadə etmək imkanı yaradıb.

 

“Tərəfdaşlıq sərnişinlər üçün yeni fürsətlər yaradır. Vətəndaşlarımız Bakıdan Çinin və digər ölkələrin şəhərlərinə, eyni zamanda Çindən səyahət edən insanlar Bakı vasitəsilə dünyanın müxtəlif ölkələrinə vahid bilet və daha münasib tariflərlə səyahət edə bilərlər. Hal-hazırda digər Çin aviaşirkətləri ilə də əməkdaşlıqla bağlı müvafiq işlər aparılır”, — deyə AZAL-ın icraçı direktorunun birinci müavini Nazim Səmədov bildirib.

 

Aviabiletləri AZAL-ın rəsmi kassalarından və akkreditə olunmuş agentliklərindən əldə etmək mümkündür.


OXŞAR XƏBƏRLƏR

Leyla və Arzu Əliyevalar rəsmi açılışda- FOTOLAR

Aprelin 29-da Bakıda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində ICESCO-nun Azərbaycanda yeni istifadəyə verilmiş regional ofisinin rəsmi a...

Saatlıq iş rejiminə keçid maaşlara təsir edəcək? - VİDEO

Növbəti illərdə Azərbaycanda saatlıq əməkhaqqı sisteminə keçid gözlənilir. Bununla bağlı Əmək Məcəlləsində dəyşiklik üçün təkliflər hazırlanıb.   Sfe...

Zərərçəkmiş: "Üzərimizə qumbara atdılar, 14 hərbçimiz şəhid oldu"

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri...

Lavrov: Rusiya Ukrayna ilə birbaşa danışıqların tərəfdarıdır

Rusiya Ukrayna ilə ilkin şərt olmadan birbaşa danışıqlara başlamağın tərəfdarıdır.   Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri...

Bu rayonunun bir neçə kəndində qaz olmayacaq

Naxçıvanın Babək rayonunun bir neçə kəndində müvəqqəti qaz olmayacaq.   Sfera.az-ın məlumatına görə, qazın verilməsində fasilənin yaranmasına səbəb 1...

Ceyhun Bayramov Küveytə getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinə rəsmi səfərə yola düşüb.   Sfera.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xar...