Ukraynada ölən əsgərlərə görə nə qədər kompensasiya verilir?

Ukrayna Nazirlər Kabinetinin 28 fevral 2022-ci il tarixli qərarına əsasən, hərbidə xidməti vəzifələrini yerinə yetirərkən həlak olan hərbçinin ailə üzvlərinə 15 000 000 qrivna (688,5 min manat) kompensasiya verilə bilər.
Sfera.az UNIAN-a istinadən xəbər verir ki, bu məbləğ birdəfəyə tam ödənilmir.
2023-cü ildən ölən əsgərə görə təzminat məbləği hissəslərə bölünməklə verilməyə başlanılıb.
İlkin ödəniş kompensasiya məbləğinin 20 faizini təşkil edir. Məbləğin qalan hissəsi 40 aya bölünməklə hər ay verilir. Belə ki, əsgərin ölməsinə görə ailə üzvləri ilk ödənişdə 3 milyon qrivna (137,7 min manat), sonra isə hər ay 300 min qrivna (13,7 min manat) ala bilər.
Ukrayna qanunlarına əsasən təzminat almaq istəyən ölən əsgərin yaxın qohumu (ailə üzvləri) Belarus və ya Rusiyada yaşamamalıdır, dövlətə xəyanətdə, əməkdaşlıqda və ya təcavüzkar dövlətə yardımda ittiham edilməməlidir.
Vasif