2023-cü ildə hansı məhsullara daha çox pul xərcləmişik? - STATİSTİKA

2023-cü ildə hansı məhsullara daha çox pul xərcləmişik? - STATİSTİKA

Azərbaycanda 2023-cü ildə yüksək inflyasiyanın olmasına baxmayaraq, əhalinin qeyri-ərzaq mallarına xərclədiyi pul nəzərəçarpacaq dərəcədə artıb.

 

Sfera.az xəbər verir ki, son bir ildə əhalinin qeyri-ərzaq mallarına xərclədiyi pul 2,84 milyard manatdan (14,4 faiz) çox artıb. Ötən ilin 11 ayında qeyri-ərzaq mallarına 19,76 milyard manat xərcləndiyi halda bu ilin eyni dövründə 22,6 milyard manat xərclənib.

 

İnflyasiya amili nəzərə alınmasa əhalinin bu xərclərində 3,8 faiz artım olub. Müqayisə üçün bildirək ki, ərzaq xərclərindəki real artım 2,5 faiz təşkil edib.

 

Yüksək bahalaşmaya baxmayaraq, əhalinin qeyri-ərzaq mallarına çəkdiyi xərcin belə sürətlə artması geyim, avtomobil yanacağı, həmçinin informasiya kommunikasiya avadanlıqlarının alışına çəkilən xərcin kəskin artması ilə bağlıdır.

 

Bu il əhali geyim və toxuculuq məhsullarına 7,54 milyard manat xərcləyib. On bir ay ərzində geyimə və toxuculuq məhsullarının alışına ayrılan pul 888 milyon manat, yaxud real müqayisədə 5,4 faiz artıb.

 

Avtomobil yanacağına çəkilən xərcdəki real artım 8 faiz olub. Ötən il yanacağa 2,53 milyard manat xərcləyən avtomobil sahibləri bu il 2,8 milyard manatdan çox pul xərcləyib.

 

İnformasiya kommunikasiya avadanlıqlarına xərclənən pul isə real qiymətlərlə, yəni inflyasiya nəzərə alınmadan 21,4 faiz artıb. Bu il adıçəkilən mal qrupunda xərclər təxminən 100 milyon manat artaraq 543 milyon manata çatıb.

 

Əhalinin qeyri-ərzaq mallarına çəkilən xərcdə sürətli artıma məişət avadanlıqları və mebelin alışına ayrılan pulun da kəskin artması köməklik edib. Bu il ərzində elektrik avadanlıqları və mebellərin alışına xərclənən vəsait 250 milyon manatdan çox, yaxud real qiymətlərlə 4,1 faiz artaraq 2,5 milyard manata çatıb.

 

Ümumilikdə, əhalinin qeyri-ərzaq mallarına xərclədiyi pulun sürətlə artmasına istehlak kreditlərinin həcminin artması, avtomobillərdən daha çox istifadə edilməsi kimi amillərin güclü təsiri olib. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...