Ramiz Mehdiyevin ailəsinə AĞIR İTKİ - FOTO

Ramiz Mehdiyevin ailəsinə AĞIR İTKİ - FOTO

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mexanika kafedrasının müdiri professor İsmayıl Sadıqov vəfat edib.

 

Sfera.az xəbər verir ki, o, 82 yaşında dünyasını dəyişib.

 

Məlumatı İqtisadiyyat.az-a AzMİU-nun mətbuat katibi Nicat Abdullayev təsdiqləyib.

 

Qeyd edək ki, İsmayıl Sadıqov 1941-ci il iyulun 15-də Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. 1957-1962-ci illərdə Azərbaycan Politexnik İnstitutunun mexanika mühəndisliyi ixtisasında təhsil alıb, institutu fərqlənmə diplomu ilə bitirib. Həmin ildən təhsil aldığı institutun Materiallar müqaviməti kafedrasında müəllimlik fəaliyyətinə başlayıb, müxtəlif illərdə baş laborant, assistent, baş müəllim, dosent, nəhayət kafedra müdiri vəzifələrində çalışıb. 1960-cı illərdə Rusiya Federasiyasının Kuybışev İnşaat Mühəndisləri İnstitutunun aspirantı olub. Alim 56 elmi məqalənin, dərslik və dərs vəsaitlərinin müəllifidir. 

 

İsmayıl Sadıqov 1970-ci ildə Moskva İnşaat Mühəndisləri İnstitutunda namizədlik, 1984-cü ilin dekabrında isə “İnşaat mexanikası” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə edib, 1985-ci ildə  texnika elmləri doktoru alimlik dərəcəsi alıb.

 

O, 1994-cü ildə Beynəlxalq Mühəndislik Akademiyasının (Moskva şəhərində) müxbir üzvü, 2006-cı ildən Azərbaycan Mühəndislik Akademiyasının həqiqi üzvü olub. 

 

Vəfatına qədər professor İsmayıl Sadıqov AzMİU-nun Mexanika kafedrasının müdiri vəzifəsində çalışıb.

 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə 2005-ci ildə 3-cü dərəcə, 2010-cu ildə isə 2-ci dərəcə dövlət müşaviri ixtisas dərəcəsinə, 2006-cı ilin iyun ayında “Əməkdar dövlət qulluqçusu” fəxri adına layiq görülüb, 2011-ci ildə 1-ci dərəcəli “Vətənə xidmətə görə” Ordeni ilə təltif olunub. 

 

Xatırladaq ki, İ.Sadıqov PA-nın keçmiş rəhbəri Ramiz Mehdiyevin qudasıdır.


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...