Yaponiya birqütblü dünyanın zəifləməsindən narahatdır – ŞƏRH

Yaponiya birqütblü dünyanın zəifləməsindən narahatdır – ŞƏRH

“Soyuq müharibə”dən sonra Amerika Birləşmiş Ştatlarının simasında formalaşan birqütblü dünyaya qarşı müqavimət artıb. ABŞ dünyada baş verən müxtəlif proseslərdə rol almağa çalışsa da, bəzi hallarda bu həlledici əhəmiyyət daşımır”.

 

Bunu Sfera.az-a açıqlamsında politoloq Elxan Şahinoğlu deyib.

 

Mütəxəssisin sözlərinə görə, Yaponiya Müdafiə Nazirliyinə bağlı araşdırma mərkəzinin hazırladığı hesabatda Rusiya və Çinin dünya düzənini dəyişmək istədikləri bildirilib:

 

“Hesabat müəllifləri hesab edirlər ki, Rusiya və Çin liberal dəyərləri qeyri-demokratik oyun qaydaları ilə əvəz etməyə çalışırlar. Buna Rusiya-Çin hərbi ittifaqının gücləndiyini misal göstərirlər. Bəziləri bunu “yeni internasional” kimi qiymətləndirirlər. Ancaq “soyuq müharibə” illərindən fərqli olaraq bu “dünya kommunizmi”nin qələbəsi uğrunda mübarizə deyil, dünyadakı nizamın avtoritar üsul-idarə ilə əvəz edilməsinə nail olmaqdır.

 

ABŞ Rusiya-Çin ittifaqı ilə üz-üzədir. Buna baxmayaraq, Pekin Ukrayna müharibəsindən çəkindiyinə görə, Rusiya ilə müdafiə və təhlükəsizliklə bağlı saziş imzalamağa tələsmir. Çünki Çin iqtisadiyyatının əsas hissəsi Qərb ölkələri ilə əməkdaşlıq üzərində formalaşıb. Yaponiyadakı mərkəzin hesabatında keçmiş illərdə Pekinlə Moskva arasında fikir ayrılıqlarıının olmasına baxmayaraq, Amerikaya qarşı mübarizədə bunun arxa plana keçdiyi vurğulanıb. Çin lideri Si Cinpinlə Rusiya prezidenti Vladimir Putin arasında sıx dostluq əlaqələri formalaşıb”.

 

Ekspert qeyd edib ki, Çin ilə Rusiyanın yaxınlığından ən çox narahat olan ölkələrdən biri Yaponiyadır:

 

“Hesabat müəllifləri Çinin Rusiyanın dəstəyinə arxalanaraq Asiya və Sakit Okean bölgəsində hərbi gücünü artırdığını bildiriblər. Bu Rusiyanın da maraqlarına cavab verir. Çin Asiya bölgəsində müxtəlif ölkələrlə münasibətlərini gərginləşdirərkən Rusiya Ukraynadakı müharibədə manevr imkanlarını artıra bilir. Bundan narahat olan əsas ölkələrdən biri Yaponiyadır. Rusiya və Çinin bölgədə keçirdikləri birgə hərbi təlimlər Yaponiyanın adalarına yaxın ərazilərdə həyata keçirilir. Yaponiyanın Rusiya ilə münasibətlərində gərginlik artsa da, Tokio üçün əsas təhlükə mənbəyi Pekinin siyasətidir. Buna görə də Yaponiya həm özünün hərbi potensilalını, o cümlədən büdcənin hərbi xərclərini atrırır, həm də ABŞ ilə hərbi müttəfiqliyi gücləndirir.

 

Almaniyada nəşr olunan “Der Spiegel” qəzetində yayımlanan məqalədə Rusiya-Çin ittifaqının Yaponiya ilə yanaşı Avropa İttifaqını da ciddi narahat etdiyi yazılıb. Pekin Rusiya-Ukrayna müharibəsində neytrallığını elan etsə də, Çin iqtisadi əməkdaşlıq zəminində Rusiyanın gəlir imkanlarını atrırır ki, Kreml bunun hesabına işğalçı müharibəni davam etdirə bilir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...