Azad edilmiş ərazidə xeyli silah-sursat tapılıb - FOTO

Azad edilmiş ərazidə xeyli silah-sursat tapılıb - FOTO

Füzulidə silah-sursat aşkar edilib.

 

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan Sfera.az-a verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun işğaldan azad edilmiş ərazisində silah-sursatın aşkar olunması istiqamətində tədbirlər davam etdirilir.

 

Polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı 12 avtomat, 5 pulemyot, 1 tapança və digər sursatlar götürülərək aidiyyəti üzrə təhvil verilib.


OXŞAR XƏBƏRLƏR