Sərnişinin alt paltarının içində keçirmək istədiyi heyvanlar hava limanında çaxnaşma yaratdı - FOTOLAR

Sərnişinin alt paltarının içində keçirmək istədiyi heyvanlar hava limanında çaxnaşma yaratdı - FOTOLAR

Taylandın Banqkok Beynəlxalq Hava Limanında təhlükəsizlik əməkdaşları qalın şalvar geyinmiş bir sərnişinin şalvarının tərpəndiyini görüblər. Baxış zamanı 22 yaşlı turistin alt paltarında iki Asiya su samuru və bir çöl iti (məməli heyvan növü) aşkar ediblər.

Sfera.az bildirir ki, qaçaqmalçılıqdan xilas edilən məməlilərə Vəhşi Təbiəti Mühafizə Departamenti tərəfindən sığınacaq verilib.


Səyahətçinin Taypeyə təyyarəyə minməyi planlaşdırdığı bildirilir. Yerli qara bazardan alınmış ekzotik körpə heyvanları sərhəddən qeyri-qanuni keçirmək üçün gənc oğlan onları üç qara corabın içinə dolduraraq tumanının içinə
qoyub.
 

Hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəli şəxsi saxlayıb. Ona Tailandda nadir heyvanların qorunması və mühafizəsi ilə bağlı bir sıra qanunlar üzrə ittiham irəli sürülüb.


Gömrük rəsmisi:
 

"Tailand ekzotik heyvan qaçaqmalçılığı üçün qapı deyil. Biz heyvanları təyyarələrə mindirməyə cəhd edən hər kəs haqqında tədbirləri sərtləşdirəcəyik"-deyə bildirib.
 

Qeyd edək ki, Tayland tarixən qeyri-qanuni heyvan ticarəti üçün mühüm tranzit mərkəzi olmuşdur. Qaçaqmalçılar tez-tez ekzotik və nadir heyvanları qonşu Çinə aparırlar.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...