Uçurumun kənarında salınmış kənd - FOTO

Uçurumun kənarında salınmış kənd - FOTO

Fransanın Qordes kəndi haqlı olaraq dünyanın ən gözəl kəndlərindən biri hesab olunur.


Sanki bu yaşayış məntəqəsi uçurumun kənarında “asılıb” qalıb və hər an uça bilər. Bununla belə, ekspertlər əmin edirlər ki, narahat olmaq üçün heç bir əsas yoxdur.
 

Sfera.az bildirir ki, Qordes kəndi Provansdakı Vokluz yaylasından 340 metr yüksəklikdə yerləşir. Bu inanılmaz gözəl ərazi rahat daş evləri, gözəl mənzərələri, badam və sərv ağacları ilə məşhurdur.
 

Kənd, bir vaxtlar Kelt Mühafizəçiləri qəbiləsinin qalası, sonra İkinci Dünya Müharibəsi zamanı müqavimət hərəkatının əsas bölgələrindən biri olub. XX əsrin ikinci yarısında isə kənd sənət mərkəzinə çevrildi. Məşhur rəssamlar, xüsusən də Mark Şaqall, Viktor Vasareli və Pol Mara buraya gəlməyi xoşlayırdılar.


Burada maraqlı muzeylər fəaliyyət göstərir, mütəmadi olaraq sərgilər təşkil olunur. Kənddə hər zövqə uyğun təzə və konservləşdirilmiş qidalar, parça və ağacdan hazırlanmış əl işləri, suvenirlər və geyimlər ala biləcəyiniz yüzlərlə köşk var.
 

Ancaq ən məşhur görməli yer vadinin heyrətamiz panoramik mənzərələrini təqdim edən “Château de Gordes” kimi tanınan Qordes orta əsr qalasıdır.
 

Tur bələdçiləri turistlərə sehrli dolama küçələrdə gəzməyi və 18-ci əsrdə tikilmiş rəngli freskaları olan qədim kilsə olan “L'Eglise Saint Fermin”i də ziyarət etməyi məsləhət görürlər. Kilsə kəndin hamisi müqəddəs Firmin şərəfinə adlandırılıb.


Səyahətçilərin görməli olduğu başqa bir yer isə açıq səma altında yerləşən Village des Bories muzeyidir. Burada vaxtilə çobanların yaşadığı ənənəvi daş daxmaları görə bilərsiniz.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...