Yanvarda Bakıya qar yağacaq?

Cəmiyyət
23:25 / 12.12.2023
12068
Milli Hidrometeorologiya Xidməti 4-15 yanvar tarixlərində Bakıda və Abşeron yarımadasında qar yağacağı, şaxta olacağı, güclü külək əsəcəyi barədə yayılan xəbərlərə münasibət bildirib.
Sfera.az-ın məlumatına görə, qurumun rəisi Nazim Mahmudov bildirib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
Onun sözlərinə görə, Xidmət tərəfindən yanvar ayı üçün heç bir hava proqnozu verilməyib.