Taliban varlığını Pakistanda da xatırlatdı - Hərbi bazaya hücum edildi, ölənlər var

Taliban varlığını Pakistanda da xatırlatdı - Hərbi bazaya hücum edildi, ölənlər var

Ötən gün axşam saatlarında Taliban kamikadzelərinin idarə etdiyi partlayıcılarla dolu yük maşını Pakistandakı hərbi bazaya basqın edib.
 

Sfera.az xəbər verir ki, partlayış nəticəsində azı 23 pakistanlı əsgər həlak olub, 36 nəfər yaralanıb.
 

Altı nəfərdən ibarət qrup partlayıcı ilə doldurulmuş avtomobildə baza dirəyinə hücum edib.


Kamikadze dəstəsinin hücum etdiyi Dera İsmayıl Xan rayonundakı zastava Əfqanıstan sərhədindən çox da uzaqda deyil.
 

Pakistan ordusunun hərbi komandanlığından verilən məlumata görə, silahlılar hərbi bazaya soxulmağa cəhd ediblər, lakin hərbçilər cəhdi dayandırıb. Bundan sonra kamikadze binanın yaxınlığında avtomobili partladıb.


“Posta daxil olmaq cəhdi faktiki olaraq dayandırılıb. Bundan sonra kamikadze terror aktı həyata keçirib. Partlayışlar nəticəsində bina uçub, çoxlu sayda itkilər var”- deyə hərbçilər bildirib.
 

Müşahidəçilər yazır ki, son vaxtlar yeni Taliban hərəkatı “Təhrik-i-Cihad Pakistan”ın fəallığı artıb. Pakistan qüvvələri ilə son atışmada 27 yaraqlı öldürülüb. 2021-ci ildə Taliban hakimiyyətə qayıtdıqdan sonra Əfqanıstanla həmsərhəd bölgələrdə terror qrupları fəaliyyət göstərir. Qeyd edək ki, təkcə 2023-cü ilin əvvəlində ötən illə müqayisədə hücumların sayı təxminən 80% artıb.


İslamabad iddia edir ki, rəqib qruplar sərhəddəki anbarlardan fəaliyyət göstərir. Taliban hökuməti isə bu ittihamı davamlı olaraq rədd edir.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...