Moskvadan İrəvana CİDDİ XƏBƏRDARLIQ

Moskvadan İrəvana CİDDİ XƏBƏRDARLIQ

Rusiya hər zaman Azərbaycan-Ermənistan nizamlanması üzrə danışıqları qəbul etməyə hazırdır.

 

Sfera.az-ın məlumatına görə, bunu Rusiya Federasiyası xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

 

"Moskva gözləyir ki, İrəvan və Bakı bu təklifin aktuallığını nəzərə alacaq" - Qaluzin TASS-a müsahibəsində bildirib.

 

Rusiya rəsmisi xəbərdar edib ki, Ermənistanda Avropa müşahidəçi missiyasının genişləndirilməsi Ermənistan-Azərbaycan nizamlanmasına töhfə verməyəcək, əksinə, Transqafqazda gərginliyi artıracaq.

 

Onun sözlərinə görə, Aİ-nin Cənubi Qafqaz siyasəti yalnız Rusiya Federasiyasını regiondan sıxışdırıb çıxarmağa yönəlib. Bildirilir ki, Rusiya artıq Sankt-Peterburqda keçiriləcək qeyri-rəsmi sammitlə bağlı bütün MDB liderlərinə, o cümlədən Paşinyana dəvət göndərib və cavab gözləyir.


OXŞAR XƏBƏRLƏR