Zelenski ABŞ Konqresinə getdi - Nə baş verir?

Dünya
21:06 / 12.12.2023
11092
Ukrayna prezidenti Volodimir Zelenski Kiyevə maliyyə yardımının davam etdirilməsi ilə bağlı danışıqlar aparmaq üçün ABŞ Konqresinə gəlib.
Sfera.az xəbər verir ki, bu barədə Ukrayna liderinin gəlişini əks etdirən görüntülərini CNN yayımlayıb.
Onu Demokratlar və Respublikaçıların liderləri Çak Şumer və Mitç Makkonel müşayiət edib.
Siyasətçinin Nümayəndələr Palatasının spikeri Mayk Consonla da görüşü nəzərdə tutulub. (Publika.az)