Sərhəddə gözləyən yük maşınlarının sayı AÇIQLANDI

Cəmiyyət
20:30 / 12.12.2023
9534
Azərbaycan-Gürcüstan sərhədində yerləşən “Qırmızı Körpü” gömrük postunda hazırda 1285 avtomobil gözləyir.
Bu barədə Sfera.az-a AYNA-dan məlumat verilib.
Gömrük-sərhəd məntəqələrində çıxışda gözləmədə olan nəqliyyat vasitələrinin sayı barədə məlumata əsasən, “Astara” gömrük postunda 230, “Biləsuvar” gömrük postunda 68, “Mazımqara” gömrük postunda 52, “Samur” və “Xanoba” gömrük postlarında hərəsində 10 yük maşını var.