“ZARA” bu reklama görə ÜZR İSTƏDİ

“ZARA” bu reklama görə ÜZR İSTƏDİ

İspan geyim markası olan ZARA yayımladığı reklam fotolarına gələn sərt reaksiyalardan sonra açıqlama verib.

 

Sfera.az xəbər verir ki, yeni reklam kampaniyası ilə Türkiyə də daxil olmaqla 93 ölkədə 2200-dən çox mağazası olan hazır geyim firması ZARA-nın son kolleksiyası sosial mediada böyük etirazlara səbəb olub.

 

ZARA geyim markasının yeni kolleksiyası ilə bağlı yayımladığı fotoşəkillərdəki dağıntılar və cəsəd modelləri sosial mediada Fələstinin əleyhinə çıxış kimi şərh edilib.

 

ZARA bu kampaniyanın iyul ayında hazırlandığını qeyd edərək üzrxahlıq edib.

 

Xatırladaq ki, ZARA-nın dizaynerlərindən biri də əvvəllər Fələstin əleyhinə islamofob şərhlər etmiş Vanessa Perilmandır.

 

Ülkər


OXŞAR XƏBƏRLƏR