Yaşı 65-dən yuxarı olan avtobus sürücüləri varmı? - RƏSMİ AÇIQLAMA

Yaşı 65-dən yuxarı olan avtobus sürücüləri varmı? - RƏSMİ AÇIQLAMA

Paytaxta fəaliyyətdə olan ictimai nəqliyyatda yaşı 65-dən yuxarı sürücülərin çalışdığı iddia edilir. Xüsusilə Hövsan qəsəbəsindən Suraxanı marşrutu üzrə hərəkət edən 161 saylı avtobusda yaşlı sürücülərin olduğu bildirilir.

 

Sfera.az bununla bağlı Bizim.media-ya gileylənən qəsəbə sakinləri həmin marşrutda çalışan sürücülərin yaşlı, bəzilərinin görməsində və eşitməsində problem olduğunu qeyd ediblər. 

 

Aydındır ki, sərnişindaşımada yaşından asılı olmayaraq sürücünün sağlamlığı önəmlidir. Çünki sürücülərin səhhətlərindəki hər hansı narahatlıq onların özü ilə yanaşı sərnişinlərin də həyatı üçün risk yaradır. 

 

Bəs 161 saylı marşrutun sürücüləri barədəki iddialar nədən xəbər verir? Ümumiyyətlə, həmin marşrutda yaşlı sürücülər varmı? 

 

161 saylı marşrutun daşıyıcısı Bəhruz Tağıyev sakinlərin iddiasını əsassız adlandırıb. O, deyib ki, sözügedən marşrut xəttində yaşı 65-dən yuxarı sürücü yoxdur. Sürücülərin səhhətlərinə gəlincə, sürücülər mütəmadi olaraq tibbi yoxlanışdan keçirlər və daşıyıcı bu məsələyə xüsusi nəzarət edir. 

 

Digər marşrut xətlərində yaşı 65-dən yuxarı sürücü varmı?

 

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sayta bildirilib ki, sürücülərin işə götürülməsi səlahiyyəti AYNA-da olmadığı üçün əllərində belə bir statistika yoxdur:

 

“Sürücülərin yaş kateqoriyası ilə bağlı məsələlər daşıyıcıların tabeliyində olan məsələdir. İşə götürülən sürücülərin yaşı və səhhəti xüsusi diqqətdədir. Xatırladaq ki, Milli Məclisdə “Avtomobil nəqliyyatı haqqında" qanuna edilən yeni dəyişikliklərə görə, avtobuslarla sərnişindaşımaları ilə “D” kateqoriyası üzrə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 22-dən az və 65-dən çox olmayan, eləcə də  avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 5 ildən az olmayan sürücülər buraxılırlar.

 

“DE” kateqoriyası üzrə isə nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 25-dən az və 65-dən çox olmayan, eləcə də “D” kateqoriyasına daxil olan avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübəsi 3 ildən az olmayan sürücülər buraxılır.

 

Yeni dəyişikliklər avtomobil nəqliyyatı ilə sərnişin daşımaları sahəsində təhlükəsizliyin təmin edilməsi və məsuliyyətin artırılması ilə əlaqədar avtobuslarla sərnişin daşıyan sürücülərə dair tələblərin yenilənməsi məqsədilə qəbul olunub”.


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...