Noyabrda əksər ərzaq malları ucuzlaşıb – Daha çox ucuzlaşma bu məhsullarda olub

Noyabrda əksər ərzaq malları ucuzlaşıb – Daha çox ucuzlaşma bu məhsullarda olub

Noyabrda oktyabr ayı ilə müqayisədə ərzaq mallarında 0,4 faiz ucuzlaşma qeydə alınıb. Ərzaq mallarının ucuzlaşması əsasən heyvan mənşəli məhsullarda və meyvələrdə müşahidə olunub.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, noyabrda ət və ət məhsullarının qiymətləri orta hesabla 1,1 faiz enib. Bir ay ərzində mal, qoyun və toyuq ətinin qiymətində azalma baş verib.

 

Balıq və balıq məhsulları da 0,9 faizə yaxın ucuzlaşıb. Xüsusən təzə balıqların qiymətində enmə daha çox olub.

 

Digər heyvan mənşəli məhsullardan süd və süd məhsullarının qiyməti 0,2 faiz artıb.

 

Yumurtanın dəyəri isə təxminən 1,9 faiz yüksəlib.

 

Ötən ay bitki mənşəli yağların qiymətində də enmə baş verib. Günəbaxan və qarğıdalı yağlarının qiymətində enmə nəzərəçarpan olub.

 

Ciddi qiymət enməsi meyvələrdə də müşahidə edilib. Meyvələrdən naringinin, portağalın, limonun, almanın, heyvanın, narın, xurmanın, kivinin dəyəri enib.

 

Əsas ərzaq mallarının ucuzlaşması ümumilikdə qida mallarının dəyərinin düşməsinə imkan yaradıb.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...

Türkiyədə yanğınlarla əlaqədar 21 şübhəli həbs edildi

Türkiyədə yanğınlarla bağlı 33 vilayətdə 97 şübhəli barəsində tədbir görülüb.   Sfera.az xəbər verir ki, bu barədə ölkənin ədliyyə naziri Yılmaz Tunç...

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi – VİDEO

Azərbaycanın Müdafiə Nazirliyi həftəlik icmalını yayıb.   Sfera.az nazirliyə istinadən icmalı təqdim edir:   ...

Azərbaycanın əməkdar məşqçisi vəfat etdi

Azərbaycan Respublikasının Əməkdar məşqçisi, ağırlıqqaldırma idman növünün inkişafında böyük xidmətləri olan Nüsrət Abdullayev vəfat edib.   Sfera.az...