Bu şadlıq sarayı BAĞLANDI

Cəmiyyət
12:28 / 12.12.2023
8227
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Ağsu şəhəri M.Ə.Rəsulzadə küçəsində fəaliyyət göstərən, fiziki şəxs Rəhimov Qalib Gilasxan oğluna məxsus "Səadət" şadlıq sarayında yoxlama keçirib.
AQTA-dan Sfera.az -a verilən məlumata görə, baxış zamanı şadlıq sarayında qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək şadlıq sarayının fəaliyyəti məhdudlaşdırılıb və rəhbəri barəsində inzibati tədbir görülüb