Ramiz Novruzun ailəsində QALMAQAL: Nəsildən qovulan kimdir? - VİDEO

Ramiz Novruzun ailəsində QALMAQAL: Nəsildən qovulan kimdir? - VİDEO

Mərhum Xalq artisti Ramiz Novruzun qızı Şəfəq Novruz növbəti paylaşımı ilə diqqət çəkib.

 

Sfera.az xəbər verir ki, Ş. Novruzla bərabər qızı Ayan da ad çəkmədən bir nəfərdən danışıblar. Onlar ard-arda paylaşdıqları videolarda sözügedən şəxsin artıq ailələrindən çıxmış biri olduğunu qeyd ediblər.

 

Yayılan videolarda bir bəy və xanımın səsi eşidilib. Ş. Novruzla A. Novruz videoları açıq paylaşmayacaqlarını bildiriblər. Şəfəq Novruz canlı yayım açaraq bunları söyləyib:

 

"Açıq demirik. Onun lazım olan ətrafı çox şeyi bildi. Gərək deyil ki, sosial şəbəkələrdə bilinsin. 

 

Amma nəslinin, kökünün adı-sanı olmayan, sıravi insanların övladları üçün utanc yoxdu. Heç nədən utanmırlar, belə hadisələrdən sonra "şərəfə” yazıb şəkil də paylaşıblar. 

 

Bizim başımıza gəlsə, yerə girərdik. Bir il ərzində çox şeyi ürəyimdə saxladım. Onda atam da sağ idi. Dəfələrlə bu haqda mənə sual gəlib, cavablandırmamışam. Demək istəyirəm ki, narahat olmayın. O, bizim ailədən çıxmış adamlara aiddir. 

 

Bundan sonra nələrsə olacaq, haqqımızda şər-böhtanlar atılacaq. O videonu da gələcəyi olan insanların xatirinə silirəm. Ailəmin səsləri mənə bəsdi. Bu söhbət Cavidana, Ayana, mənə aid deyil. Çox şükür haqq yerini tapdı. Eşitdiyim söhbətlər özünü doğrultdu”.

 

Şərh bölməsində isə Ş. Novruzun qardaşı Nəriman Novruzun xanımı Aziza Novruzovanı nəzərdə tutduğu deyilib. Buna səbəb isə Azizanın eynilə fotolar paylaşaraq "Şərəfə” yazması olub.(Olay.az)


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...