9 il ərzində tək bel çantası ilə, smartfonsuz dünyanı gəzən qız - VİDEO

9 il ərzində tək bel çantası ilə, smartfonsuz dünyanı gəzən qız - VİDEO

ABŞ-ın Ohayo ştatından olan 30 yaşlı Lesli Maknair universiteti bitirdikdən sonra dünya səyahətinə çıxıb. Bu günə qədər qadın altı qitədə 80-ə yaxın ölkəni ziyarət edib.
 

Sfera.az bildirir ki, gənc qız “Jencysworld” YouTube kanalına verdiyi müsahibədə səyahətlərindən gəldiyi əsas qənaətlərdən danışıb.
İndi köçəri səyyah Milad bayramını qeyd etmək üçün Filippindədir. Onun bundan sonra nə olacağı barədə heç bir fikri yoxdur.
 

Lesli bir dostu ilə Avropanı gəzdikdən sonra həyatının dəyişdiyini deyir. Gənc qadın hər şeydən əl çəkib, tək bel çantası və smartfonsuz səyahətə təkbaşına davam etmək qərarına gəlib. Onun gündəlik büdcəsi cəmi 10 dollardır. Bu o deməkdir ki, o, pul və ya karyera yüksəlişi sarıdan da narahat deyil.
 

"Hər şeyimi satdım, nə vaxt geri qayıdacağımı bilmirdim. Nə qədər səyahət edəcəyimi bilmirdim, amma bunun doqquz il davam edəcəyini də gözləmirdim" - deyir.


Lesli yaşayış yeri icarəyə götürmür, “CouchSurfing” xidmətindən istifadə edərək əlaqə qurduğu yerli sakinlərlə pulsuz qalır. Qadın tanımadığı adamlarla tez dil tapdığını və risk etməkdən qorxmadığını deyir.
 

Lesli əlavə edir: "Həyatımda heç vaxt smartfon olmayıb, ona görə də harasa getməyim üçün marşrutlar yazmağa öyrəşmişəm. Mən tez-tez avtostop edir və hər gecə başqa yerdə yatıram".


Səyahət etmək üçün sevimli yerə gəldikdə isə, Lesli Afrikanın adını xüsusilə vurğulayır.


“Düşünürəm ki, Afrika, rahatlıq zonasından çıxmaq, əylənmək, qonaqpərvərliyi və mehribanlığı birləşdirən inanılmaz insanlarla tanış olmağa görə səyahət üçün ən yaxşı qitədir” - deyə o, əlavə edir.


Lesli hazırda Milad bayramını Filippində qeyd etməyi planlaşdırır. Bundan sonra planı haqqında hələ ki, özü də heç nə bilmir.

 

Aysel

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...

Paytaxtda qadın ofisiant ona şillə vuran müştərini təpikləyib kafedən belə çıxardı - VİDEO

Ankarada yerləşən bir kafedə qadın ofisiant ilə kişi müştəri arasında naməlum səbəbdən mübahisə yaranıb.   Sfera.az yerli mətbuata istinadən xəbər ve...

Arvadına toxunan sərxoş şəxsi bir zərbə ilə belə yerə sərdi - VİDEO

Sosial şəbəkələrdə paylaşılan bir video qısa zamanda gündəmin diqqət mərkəzinə çevrilib. Kadrlarda bir kişinin həyat yoldaşı ilə birlikdə gəzərkən onunla nalayi...