Qəfil ölümü ilə moda dünyasını sarsıdan məşhur dizaynerin motivasiya dolu həyat hekayəsi

Qəfil ölümü ilə moda dünyasını sarsıdan məşhur dizaynerin motivasiya dolu həyat hekayəsi

2021-ci ilin sonunda moda dünyası çox ani ölümlə sarsıldı. “Louis Vuitton” kişi kolleksiyasının kreativ direktoru və son illərin ən məşhur brendi olan “Off-White”ın yaradıcısı Virgil Abloh uzun müddət mübarizə apardığı nadir xəstəlikdən dünyasını dəyişdi.


Vircil Abloh moda dünyasının ən önəmli və populyar simalarından biri idi.


Məşhur dizaynerin illərlə mübarizə apardığı nadir xərçəng növü olan kardiyak angiosarkomadan vəfat edib.



41 yaşlı Virgil Abloh son illərin ən məşhur dizaynerlərindən biri olub.



Sfera.az Virgil Ablohun çoxlarına motivasiya ola biləcək həyat hekayəsini təqdim edir.

 

Qanalı mühacir ailəsinin övladı olaraq İllinoys ştatında doğulan və əvvəlcə inşaat mühəndisliyi təhsili alan, sonra memarlıq üzrə magistr dərəcəsi alan Virgil Abloh modaya olan marağının məşhur memar Rem Koolhaas tərəfindən kampusda bina tikdiyi zaman aşkar edib. Məşhur moda evləri ilə işləyən memardan ilhamlanaraq, köynəklər hazırlamağa və məşhur moda bloqlarında yazmağa başlayıb.


Qəribə də olsa, onun taleyini dəyişdirən ilk qırılma nöqtəsi Kanye Uest ilə görüşü olub.


Məşhur müğənni Virgil Abloh ilə 2007-ci ildə Çikaqoda xüsusi bir köynək mağazasına girərkən tanış olub və ikili o gündən birlikdə işləməyə başlayıb. İkili birlikdə “Fendi”də təcrübə keçirdilər. 2009-cu ildə “Louis Vuitton” ilə əməkdaşlıq edərək Kanye Uestin ilk ayaqqabı kolleksiyasını buraxdılar. Bu, belə demək mümkünsə, moda dünyası üçün bir inqilab idi.


"Modanın yeni bir şeyə ehtiyacı var. Hazırda çox durğundur. Yeni nə ola bilər?"-deyən dizayner sanki qarşıdan gələnləri görürdü. O, küçə stilini dəbdəbəli moda ilə birləşdirən ilk adlardan biri oldu.


Küçə modası həmişə dəbdəbəli moda üçün ilham mənbəyi olub. Vivienne Westwood kimi dizaynerlər küçə ilə podiumu birləşdirən kolleksiyalar yaratdılar. Ancaq Virgil Abloh bunu bir addım da irəli ataraq küçənin ruhunu sərt fransız moda evlərinə gətirdilər.


“Louis Vuitton” kolleksiyası ilə brendin baş direktoru Maykl Börkün diqqətini çəkən dizayner, bir il sonra Kanye Uestin “Donda” kreativ agentliyinin direktoru olub.


Bu müddət ərzində o, həm də brend qurmuş və köhnə sezon brend məhsullarını onlara öz dizaynlarını əlavə edərək baha qiymətə satırdı. Lakin o, qısa müddətdə bu brendi bağladı və 2013-cü ildə ikinci brendi olan “Off-White”ı qurdu.


Lüks küçə stili markası “Off-White” tez bir zamanda böyük bir fenomenə çevrildi.


Markanın oxları, böyük hərfləri, fermuarlar, plastik etiketlər və sarı və qara qoruyucu lent tez bir zamanda onun imzasına çevrildi. İlk qadın kolleksiyası 2014-cü ildə çıxan “Off-White” ən məşhur lüks brendlərdən birinə çevrildi.

 

2018-ci ildə keçirilən istehlakçı sorğusunda “Off-White” hətta dünyanın ən yaxşı brendi seçilib.


Bu dövrdə IKEA ilə əməkdaşlıq edən Vrigil Abloh hələ də “Louis Vuitton” markası altında idi. Onun 2018-ci ildə brendin kişi kolleksiyasına rəhbər təyin olunduğu açıqlananda bu, böyük hadisə oldu.


Virgil Abloh təkcə brenddə deyil, bütün fransız moda evlərinin tarixində Afrika mənşəli ilk direktor olub.


İndiyə qədər bu şirkətlərdə çox az qaradərili dizayner çalışmışdı. Virgil Ablohun rəhbərliyi altında “Louis Vuitton”un ilk şousuna məşhurlar axın etdi; Rihanna, Kanye Uest, Kayl Cenner, Travis Skott, A$AP Rocky kimi adlar tamaşaçı qismində iştirak edərkən, Kid Cudi və Playboy Carti kimi müğənnilər də podiuma çıxıblar. Bu moda nümayişi hər cəhətdən moda dünyasında böyük bir mərhələ oldu.


Təkcə modelyer olmayan Virgil Abloh tez-tez rəssam kimliyini də ortaya qoyub.


Məşhur yapon sənətçisi Takashi Murakami ilə əməkdaşlıq edən Virgil, musiqi ilə də maraqlanırdı və bir çox ikonik albom qapağı hazırlayıb.
Hailey Bieberin məşhur “Off-White” gəlinlik paltarının dizaynını da edən Virgil Abloh, paltarın quyruğunda “ölüm bizi ayırana qədər” şüarı ilə bütün zamanların ən məşhur gəlinliklərindən birini yaradıb.


Çox nadir hallarda rast gəlinən ürək xərçəngi diaqnozu qoyulan və xəstəliyini bir müddət gizlədərək müalicə olunan məşhur dizaynerin ölümü məşhurlar dünyasını silkələyib.


Viktoriya Bekhemdən tutmuş Kendall Cennerə qədər bir çox dünya şöhrətli adların da rəğbət bəslədiyi Virgil 40 illik qısa həyatına çox şey sığdırmışdı.
Virgil Abloh artıq bütün zamanların ən ruhlandırıcı dizaynerləri sırasına daxil edilib.

 

Xanım

Sfera.az

 


OXŞAR XƏBƏRLƏR