“Mən 16 yaşında deyiləm” - Adriana Lima ona gülənlərə cavab verdi

“Mən 16 yaşında deyiləm” - Adriana Lima ona gülənlərə cavab verdi

 

42 yaşlı braziliyalı supermodel Adriana Lima görünüşünə görə tənqidlərə münasibət bildirib.

 

Sfera.az bildirir ki, bu barədə Lima "Harper's Bazaar Arabia"ya müsahibəsində açıqlama verib.



Keçmiş “Victoria's Secret” mələyi 2024-cü ildə onu modellik sənayesinə qayıdışın, reklam müqavilələrinin və podiumların gözlədiyini bildirib.


"Mənə elə gəlir ki, hər supermodelin bir geri dönüşü var. Son vaxtlar mən tez-tez təkcə 2000-ci illərin deyil, 80-90-cı illərin modellərini də görürəm və məncə, bu, gözəldir" - deyə braziliyalı məşhur bildirib.


Qeyd edək ki, Adriana Limanın ​​üç övladı var. Bundan əlavə, Lima 14 yaşlı qızı Valentinadan da danışıb. Məlum olub ki, Limanın qızı da modellik sənayesində karyera qurmaq istəyir.


Adriana görünüşü ilə bağlı tənqidlərə də cavab verib. Tədbirlərdən birində göründükdən sonra onun üzündəki dəyişikliklər müzakirə mövzusuna çevrilmişdi. Adriana bildirib ki, ona qarşı kin qusanların tənqidinə əhəmiyyət vermir. Ulduz qeyd edib ki, vaxtının çox hissəsini övladlarını böyütməyə həsr edən istənilən çoxuşaqlı ana belə görünür.
 

"Məsələ burasındadır ki, mənim 16 yaşım yoxdur. Bu yaşda modelliyə başlamışam, amma bir daha 16 yaşında olmayacağam. 42 yaşım var və indiyə qədər yaşadığım ən xoşbəxt dövrümdəyəm. Özümlə çox xoşbəxtəm. Yaşımı qəbul edirəm və heç kim üçün dəyişmək fikrim yoxdur, heç vaxt da dəyişməyəcəyəm" - deyə braziliyalı supermodel bildirib.


Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Bu yay axır ki, pul üzü görəcək bürclər – Gözlənilən bolluq gəlir

2025-ci ilin yay ayları (iyul-avqust) bəzi bürclər üçün maddi baxımdan gözlənilən qapıları açacaq. Uzun müddət gözləyən, zəhmət çəkən, lakin qarşılığını ala bil...

MMA döyüşçüsü güllələndi - VİDEO

Rusiyanın Dağıstan respublikasında iki silahlı şəxs rusiyalı MMA döyüşçüsü Timur Xizriyevə sui-qəsd cəhdi edib.   Sfera.az bildirir ki, atışma Mahaçq...

Rusiyada VPN xidmətlərindən istifadəyə görə cərimə tətbiq edilib

Rusiya Dövlət Dumasının müvafiq komitəsi internetdə “bilərəkdən ekstremist məlumatların” axtarışına, o cümlədən VPN xidmətlərindən istifadəyə görə 5...

Azərbaycanda xərçəng əleyhinə peyvənd tətbiq olunacaq? - VİDEO

"Dünyada insanları xərçəngdən qoruyan mühüm peyvəndlərdən birinin Azərbaycanda da tətbiqi ilə bağlı danışıqlar aparılır".   Sfera.az Xəzər ...

Növbəti əsərini Qurban Qurbanova həsr etdi - FOTO

Məşhur karikaturaçı Omar Momani “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanova karikatura həsr edib.   Sfera.az xəbər verir ki, o karik...

Çoxmərtəbəli binalarda yaşayanların NƏZƏRİNƏ

Yeni inşa edilən çoxmərtəbəli binalarda mərkəzi istilik sistemi tətbiq olunacaq.   "İstilik təchizatı haqqında" yeni qanuna əsasən çoxmənzi...