Süni intellektin səhvi bir alimin həyatını alt-üst etdi

Süni intellektin səhvi bir alimin həyatını alt-üst etdi

Rusiyada Zamoskvoretski Məhkəməsi təxminən bir ilə yaxın dəmir barmaqlıqlar arxasında qalan hidroloq alim Aleksandr Tsvetkovun həbs qərarını ləğv edib. Qeyd edək ki, süni intellekt alimi üç qadının mümkün qatili kimi göstərmişdi.
 

Sfera.az bildirir ki, neyroşəbəkə alimin siması ilə əsl cinayətkarın eskizi arasında 55% uyğunluq tapıb. Alim qətllər zamanı şübhəli şəxs qismində saxlanılmamağa yetərli sübutları olmasına baxmayaraq saxlanılıb.
 

Tsvetkov 2023-cü il fevralın 16-da Domodedovo hava limanında saxlanılıb. Adam başqa bir elmi ekspedisiyadan təzəcə qayıdırmış. Hidroloq 20 il əvvəl 3 qadını qətlə yetirməkdə günahlandırılıb. Çünki süni intellekt alimin siması ilə 2003-cü ildə tərtib edilmiş əsl cinayətkarın eskizi arasında 55% uyğunluq tapıb. Hidroloqu fotosundan guya birlikdə cinayət törətdiyi iddia edilən ortağı da tanıyıb. İstintaq bununla kifayətlənib. Cinayət zamanı alibi olmasına, döymələrinin olmamasına, zorakılığa qarşı istəksizliyinə və yaş fərqinə baxmayaraq, alim həbs edilib.


O vaxtdan Tsvetkov həbsdədir. İstintaqın məlumatına görə, o, 2002-ci ilin avqustunda Moskvada şərik olduğu iddia edilən şəxslə birlikdə üç nəfəri qətlə yetirib. Alimin həmkarlarının dediyinə görə, qətllərin törədildiyi tarixlərdə o, ezamiyyətlərdə olub ki, bu, alimin bütün bu illər ərzində çalışdığı elmi-tədqiqat institutunun təqdim etdiyi sənədlərlə də təsdiqlənir.



Dekabrın 11-də Tsvetkovun nəhayət həbsdən azad edilib. Əvvəlcə Baş Prokurorluq işdəki problemlərə diqqət çəkib. Vəziyyət o yerə çatıb ki, bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin hüquq müdafiəçisi və jurnalist Eva Merkaçevanın Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurasına şikayətindən sonra alimin işinin araşdırılması barədə göstəriş verib.


Aynil
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...