Girovluqdan azad edilmiş qız terrorçulara döymə ilə mesaj göndərdi - FOTO

Girovluqdan azad edilmiş qız terrorçulara döymə ilə mesaj göndərdi - FOTO

Miya Şam bu il oktyabrın 7-də İsraildə “Həmas” tərəfindən qaçırılanlar arasında olub.
 

Sfera.az bildirir ki, bu yaxınlarda girovluqdan azad edilən 21 yaşlı Miya terrorçulara mesaj olaraq, simvolik döymə etdirib:
 

“Yenidən rəqs edəcəyik 7/10/23”
 

Gənc qız İnstaqram səhifəsində müvafiq fotoları paylaşıb.
 

"7 oktyabr 2023-cü il tarixini heç vaxt unutmayacağam. Ağrı və qorxu, çətin mənzərələr, heç vaxt geri qayıtmayacaq dostlar, eləcə də hələ də yolunu gözlədiyimiz dostlar. Biz qalib gələcəyik, rəqs edəcəyik!" — deyə Şem paylaşıma başlıq yazıb. O, sol qolunda qara yazılı döyməni posta əlavə edib.
 

Qeyd edək ki, Mia İsrail-Fransız əsilli döymə ustasıdır. O, bu il oktyabrın 7-də İsraildə müharibənin yeni mərhələsi başlayandan sonra “Həmas” tərəfindən qaçırılan musiqi festivalının qonaqları arasında olub.


Silahlılar yaralı qızı sərhəddən keçiriblər.
 

Onun dəhşət dolu və ürpədici görüntüləri qısa müddət sonra internetdə yayımlanan videoda görünüb.
 

"İndi Qəzzada mənə baxırlar, dərman verirlər, hər şey qaydasındadır. Sadəcə xahiş edirəm ki, mümkün qədər tez evə, valideynlərimin, bacı-qardaşlarımın yanına getməyə icazə versinlər. Məni buradan çıxarın. Mümkün qədər tez, çox xahiş edirəm”-deyə o videoda yalvarır.
 

Şemin yaxınları qızın sağ-salamat evə qayıtmasını sürətləndirmək üçün bir sıra mətbuat konfransları keçirib.
 

“HƏMAS” Mayanı noyabrın 30-da azad edib və o, artıq ailəsinə qovuşub. Amma qız etiraf edir ki, terror təşkilatı üzvlərinin ona etdiklərinə görə çox sarsıntı keçirib.

 

Aynil

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...