Zelenski sabah ABŞ-yə səfər edəcək

Dünya
21:00 / 11.12.2023
6032
Ukrayna Prezidenti Volodimir Zelenski dekabrın 12-də Ağ Evdə amerikalı həmkarı Cozef Baydenlə görüşəcək.
Sfera.az xəbər verir ki, ABŞ-nin Ukraynaya yardımı görüşün əsas müzakirə predmeti olacaq.
Ağ Evin Mətbuat xidmətindən bildirilib ki, Zelenski səfər zamanı, həmçinin, Senat üzvlərinin iclasında çıxış edəcək.
Qeyd edək ki, Zelenski dekabrın 10-da Argentinaya səfər edib, burada yeni Prezident Xavyer Maylinin andiçmə mərasimində iştirak edib. Bu, Ukrayna Prezidentinin rus qoşunlarının genişmiqyaslı işğala başlamasından sonra Latın Amerikası ölkələrinə ilk səfəri idi.