Reklam materialları ilə bağlı telekanallara XƏBƏRDARLIQ EDİLDİ

Reklam materialları ilə bağlı telekanallara XƏBƏRDARLIQ EDİLDİ

Bankın keçirdiyi lotereyanın reklamının məzmununda qanunvericiliyin tələbinin pozulması ilə bağlı televiziya kanallarına xəbərdarlıq edilib.

 

Bu barədə Sfera.az-a Audiovizual Şuradan məlumat verilib.

 

“Audiovizual Şuranın 11 dekabrda keçirilmiş iclasında cari ilin oktyabr ayı ərzində ümumölkə yerüstü televiziya kanallarında yayımlanmış reklam materiallarının monitorinqi müzakirə olunub.

 

Audiovizual Şura ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin birgə həyata keçirdiyi monitorinqlər nəticəsində Azərbaycanda fəaliyyət göstərən kommersiya bankının reklam materialında bank tərəfindən keçirilən lotereya ilə bağlı natamam informasiyanın verilməsi ilə “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsinin tələblərinin (əmtəə satışını stimullaşdıran tədbirlər haqqında reklamda lotereyanın, müsabiqənin, oyunun və digər tədbirlərin keçirilməsinin şərtləri, vaxtı və müddəti, uduş fondu, uduşların verildiyi yer və vaxt, alınması şərtləri, onların təşkilatçısı barədə məlumatlar əks olunmalı yaxud səsləndirilməlidir)  pozulması qeydə alınıb.

 

Bir çox televiziya kanallarının efirində nümayiş olunan həmin reklam materialının yayımı noyabr ayında da davam edib.

 

Qeyd olunanları nəzərə alaraq, aparılan müzakirələrdən sonra Audiovizual Şurası yayımçılara belə pozuntunun təkrarlanacağı təqdirdə inzibati sanksiyaların tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edib”, - məlumatda vurğulanıb.


OXŞAR XƏBƏRLƏR

Bəy və gəlin güclü qasırğadan qorxmayaraq rəqs etdilər - VİDEO

Tennessi ştatından olan cütlük və onların toy fotoqrafı fırtına fonunda çəkilmiş qeyri-adi toy fotolarından sonra sosial media istifadəçilərini valeh edib. Cütl...

Beyons kiçik qızını ilk dəfə səhnəyə çıxardı - FOTOLAR

43 yaşlı amerikalı müğənni Beyons övladlarını tədricən şou-biznesə cəlb edir. Böyük qızı, 13 yaşlı Blu Ayvi artıq anası üçün daimi ehtiyat rəqqasə olduğu halda,...

Mengele, Eichmann və digər nasistlər: Argentina gizli arxiv sənədləri göstərdi

Adolf Eichmann, Josef Mengele və digər nasistlər İkinci Dünya Müharibəsindən sonra Argentinaya qaçıblar.   Sfera.az bildirir ki, Üçüncü Reyxin yüksək v...

Adanın paytaxtı bir anda xarabalığa çevrildi - FOTOLAR

Bir vaxtlar səs-küylü və gözəl Plimut, Karib dənizinin qayalı Montserrat adasının paytaxtı, indi kül və daş təbəqələri altında xarabalıqlar içərisindədir. &nbs...

Şahzadə Endryu və Epşteyn cinsi istismarda ittiham olunurdu: Virciniya Giuffrenin şübhəli ölümü

Amerikalı milyarder Cefri Epşteyn 18 yaşından kiçik uşaqlara qarşı zorakılıq və insan alveri ittihamı ilə məhkəməni gözləyərkən həbsxanada intiharda şübhəli bil...

ADNA terrorundan 16 il ötür...

Azərbaycan Dövlət Neft Akademiyasında törədilən terrordan 16 il ötür.   Sfera.az xəbər verir ki, terror aktı 2009-cu il aprelin 30-u səhər saat 09:30...