“Əhalinin 78,5 faizi Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir” – Sorğu nəticələri

“Əhalinin 78,5 faizi Ermənistanla sülh müqaviləsinin imzalanmasını dəstəkləyir” – Sorğu nəticələri

Sosial Tədqiqatlar Mərkəzi Azərbaycanla Ermənistan arasında sülh perspektivləri ilə bağlı ictimai rəyi öyrənmək məqsədilə sorğu keçirib.

 

STM-dən Sfera.az-a verilən məlumata görə, cari ilin noyabr ayı üzrə keçirilmiş növbəti rəy sorğusunun nəticələrinə əsasən, "Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını dəstəkləyirsinizmi?" sualına respondentlərin 78,5%-i "bəli, dəstəkləyirəm", 20,2%-i "xeyr, dəstəkləmirəm" cavablarını verib. 1,3% rəyini bildirməkdə çətinlik çəkib.

 

Nəticələrə görə, respondentlər arasında yaş artıqca sülhə dəstəyini ifadə edənlərin sayında artım qeydə alınıb. Orta təhsillilərin 74,1%-i, ali təhsillilərin 86,9%-i sülh müqaviləsinin imzalanmasına dəstəyini ifadə edib:

 

"Yaxın gələcəkdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanacağına və diplomatik əlaqələrin qurulacağına nə dərəcədə inanırsınız?" sualına cavab olaraq, 37,2%-i buna tam inandığını, 29,7%-i əsasən inandığını bildirib. Sorğuda iştirak edənlərin 9,7%-i əsasən inanmadığını, 21,5%-i heç inanmadığını ifadə edib. 1,8% cavab verməkdə çətinlik çəkib”.

 

Məlumatda respondentlər arasında kişilərin sülh müqaviləsinə daha çox inandığı qeyd olunub:

 

“Kişilərin 42,8%-i, qadınların 31,6%-i yaxın gələcəkdə sülh müqaviləsinin imzalanacağına tam inandığını, onların 27,3%-i və 32,1%-i əsasən inandığını bildirib.

 

Yaş artıqca sülh müqaviləsinin imzalanacağına inamını ifadə edənlərin sayında artım qeydə alınıb.

 

Sorğular 2023-cü ilin 25-28 noyabr tarixlərində, 18 yaşından yuxarı 390 respondent arasında kompüter dəstəkli telefonla müsahibə üsulundan (CATI) istifadə olunmaqla keçirilib. Seçmə ehtimallı üsulla ölkə üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib və gender balansı qorunub. Naxçıvan və Şərqi Zəngəzur iqtisadi rayonları istisna olmaqla, 12 iqtisadi rayon seçmə çərçivəsində əhatə olunub”.

 

Eyni zamanda, sorğuda anonimliyin tam qorunduğu da vurğulanıb:

 

“Təsadüfiliyi təmin etmək məqsədilə sözügedən iqtisadi rayonlar üzrə inzibati rayon və şəhərlərə aid telefon nömrələri müvafiq məlumat bazasından xüsusi proqram vasitəsilə sistemli üsulla seçilərək zənglər olunub. Sorğularda anonimlik təmin olunub. Respondentlərə sorğunun könüllü iştirak əsasında aparıldığı və nəticələrin yalnız ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 5% təşkil edir”.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR

Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlam...

Laçındakı çörək zavodundan REPORTAJ - VİDEO

  Laçında fəaliyyət göstərən çörək zavodu insanların gündəlik qida ehtiyacını təmin etməklə yanaşı, bir çox şəxslər üçün iş yerinə çevrilib.   ...

100 il yaşamaq üçün nə etmək lazımdır? - Hər gün edilməli olan faydalı məşq

Fiziki fəaliyyətin sağlamlığa faydalı olması mübahisə doğurmur. Daha da önəmlisi, müəyyən məşqlərin müntəzəm yerinə yetirilməsi ömrə illər əlavə edə bilər. ...

Ərdoğan Makronla telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.   Sfera.az “Anadolu” agentliyinə ist...

Polis çimərliklərdə vətəndaşlara bunu məsləhət görür - FOTO

İsti hava şəraiti ilə əlaqədar insanların çimərliklərə axını nəzərə alınaraq həmin məkanlarda vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə polis əmə...

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Xalq artisti Arif Babayevin vəziyyəti ağır stabil olaraq qalır.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Klinik Xəstəxanasının Baş həkimi Kamran ...